Icma.az
close
up
RU
Almaniyada Sosial Demokrat Partiyasının üzvləri koalisiya müqaviləsinin lehinə səs veriblər

Almaniyada Sosial Demokrat Partiyasının üzvləri koalisiya müqaviləsinin lehinə səs veriblər

Icma.az, Azertag saytına istinadən bildirir.

Berlin, 30 aprel, AZƏRTAC

Sosial Demokrat Partiyasının (SPD) üzvləri Xristian Demokratlar İttifaqı (CDU) və Xristian Sosialist İttifaqı (CSU) ilə birgə koalisiya hökumətinin qurulmasına dair müqavilənin lehinə səs veriblər.

AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, səsvermədə iştirak edənlərin 84,6 faizi müqavilənin lehinə səs verib. Səsvermədə üzvlərin 56 faizi iştirak edib ki, bu da tələb olunan minimum 20 faizlik həddi xeyli üstələyib.

Aprelin 15-dən etibarən onlayn formatda keçirilən səsvermədə partiyanın 358 min üzvü 144 səhifəlik “Almaniya üçün məsuliyyət” adlı koalisiya sənədinə münasibət bildirmək imkanı qazanıb. Bundan əvvəl CDU və CSU partiyalarının rəhbər orqanları da koalisiya müqaviləsini təsdiqləyib. Bu partiyalar hökumətdə nazir vəzifələrini tutacaq namizədləri də artıq elan edib.

SPD rəhbərliyi isə partiyanın hökumətdə təmsil olunacaq yeddi nazirini mayın 5-də təqdim edəcək. Partiyanın sədri Lars Klinqbaylın vitse-kansler və maliyyə naziri vəzifələrini tutacağı gözlənilir. HAzırkı müdafiə naziri Boris Pistoriusun öz vəzifəsində qalacağı ehtimal edilir.

CDU, CSU və SPD arasında koalisiya müqaviləsinin mayın 5-də imzalanması planlaşdırılır. Mayın 6-da isə CDU-nun lider Fridrix Mertsin Bundestaqda Kansler seçilməsi gözlənilir.

Federal Kansler Federal Prezidentin təklifi ilə gizli səsvermə yolu ilə seçilir. Bunun üçün Bundestaq üzvlərinin əksəriyyətinin - 316 deputatın səsi lazımdır. Fridrix Merts Kansler seçildikdən sonra Bellevue sarayında Federal Prezident Frank-Valter Ştaynmayer tərəfindən təyinat sertifikatı təqdim olunacaq. Bundan sonra yeni Kansler Bundestaqda and içərək rəsmən səlahiyyətlərinin icrasına başlayacaq.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Aprel 2025 20:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see360

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see167

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see167

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see158

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see150

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see140

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see139

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see136

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri