Icma.az
close
up
RU
Almaniyanın kəşfiyyat rəhbəri Azərbaycan üçün işləyib? ŞOK İDDİA

Almaniyanın kəşfiyyat rəhbəri Azərbaycan üçün işləyib? ŞOK İDDİA

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri Avqust Hanningin Azərbaycan kəşfiyyatının əməkdaşı ilə əlaqədə olduğu və məxfi məlumatlar əsasında onun üçün analiz hazırladığı ehtimal edilir.

"Yeni Sabah" xəbər verir ki, “Der Spiegel”in məlumatına görə, Almaniyada casusluq və dövlətə xəyanətə cəhd şübhəsi ilə saxlanılan Hanninglə bağlı istintaqın Azərbaycan istiqaməti araşdırılır. Jurnalın yazdığına görə, keçmiş BND rəhbərinin əlaqədə olduğu şəxsin Azərbaycan kəşfiyyatının əməkdaşı olduğu ehtimal edilir.

İstintaq materiallarına əsasən, Hanning BND-də keçmiş rəhbər köməkçisi Manfred D.-dən məxfi məlumatlar əldə edib. Almaniya Federal Prokurorluğu bildirir ki, bu məlumatlardan istifadə edilməklə xarici kəşfiyyat və təhlükəsizlik strukturunun əməkdaşı üçün yazılı analiz hazırlanıb. Lakin prokurorluq həmin şəxsin hansı ölkəyə aid olduğunu açıqlamayıb. pizza mizza

“Der Spiegel” isə araşdırmanın məhz Azərbaycanla mümkün əlaqəni üzə çıxardığını yazır. Jurnalın məlumatına görə, Hanningin hazırladığı analizin Azərbaycan kəşfiyyatının əməkdaşına çatdırılıb-çatdırılmadığı hələ müəyyən edilməyib. Yəni söhbət hazırda təsdiqlənmiş fakt deyil, Almaniya istintaqının araşdırdığı şübhədən gedir.

Hanning kimdir?

80 yaşlı Avqust Hanning 1998-2005-ci illərdə Almaniyanın xarici kəşfiyyat xidməti olan BND-yə rəhbərlik edib. O, vəzifədən getdikdən sonra özəl sektorda məsləhətçi kimi fəaliyyət göstərib.

Almaniya Federal Prokurorluğunun məlumatına görə, Hanning 2010-cu ildən etibarən keçmiş BND əməkdaşı Manfred D.-nin köməyi ilə məxfi məlumatlar əldə edib. İstintaq Hanningə təxminən 2 min sənədin ötürüldüyünü müəyyən edib. Sənədlər arasında məxfi məlumatlar da olub.

Hanning və Manfred D. oktyabrın 6-da Almaniyada saxlanılıb. Keçmiş BND rəhbərinə dövlət sirrlərinin əldə edilməsi, dövlətə xəyanətə cəhd və xarici kəşfiyyat xidməti üçün fəaliyyət göstərmə şübhələri irəli sürülüb.

Almaniya Federal Prokurorluğu hələlik Hanningin hansı ölkənin kəşfiyyatına məlumat ötürməyə çalışdığını rəsmən açıqlamayıb. Azərbaycanla bağlı məlumat isə “Der Spiegel”in istintaqa yaxın mənbələrə əsaslanan araşdırmasından qaynaqlanır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 07 Oktyabr 2026 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri