Icma.az
close
up
RU
Almaniyanın vitsekansleri: “Azərbaycanın enerji effektivliyi təşəbbüsünü dəstəkləyirik” ÖZƏL

Almaniyanın vitsekansleri: “Azərbaycanın enerji effektivliyi təşəbbüsünü dəstəkləyirik” ÖZƏL

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

“Hazırda enerji sahəsində yeni investisiyaların 85 faizi bərpa olunan enerji mənbələrinə yönəldilir. Buradan açıq şəkildə nəticəyə gəlmək olar ki, fosil enerjilərin dövrü sona çatır. Bu proses artıq geri dönməzdir. Fikrimcə, bərpa olunan enerjilərə keçid qaçılmazdır. Getdikcə daha çox görürük ki, bərpa olunan enerji bazarları zəbt edir və bu bazarlara daxil olmaq ölkələr və iqtisadiyyatlar üçün rəqabət üstünlüyü yaradır”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında COP29-un səkkizinci konfransında Almaniyanın İqtisadiyyat və iqlim naziri, vitse-kansler Robert Habek deyib.
Onun sözlərinə görə bu sahədə böyük biznes maraqları mövcuddur:
“Ancaq rəqəmlər və hazırkı bazarlar tamamilə fərqli bir istiqamət göstərir. Qeyd edim ki, otən ilin uğurları enerji effektivliyinin iki dəfə artırılması və bərpa olunan enerjilərin inkişafının sürətləndirilməsi olmuşdu. Hər kəs daim bərpa olunan enerjilərə diqqət yetirir, lakin məncə vurğulamaq lazımdır ki, enerji effektivliyi iqlim və ya enerji siyasətinin “yatmış nəhəngi”dir.
 

Bir çox ölkədə, xüsusilə enerji ucuz olan yerlərdə, şirkətlər ilk növbədə yalnız investisiya xərclərinə baxır, amma iki-üç ildən sonra bu xərclərin artıq geri qazanıldığını nəzərə almırlar. Bu sahədə geniş maarifləndirmə işləri aparılmalıdır. Almaniyanın bir çox ölkələrlə enerji tərəfdaşlıqları qurarkən əsas işlərindən biri də innovasiyaları həmin yerlərə çatdırmaqdır”.


Nazir qeyd edib ki, bərpa olunan enerjilərə gəldikdə, burada yalnız günəş və külək enerjisindən bəhs etmirik, bu onsuz da artıq sürətlə irəliləyir və möhkəmlənir:
“Amma bu prosesin arxasında paylama sistemləri, yəni enerji saxlama və batareyalar da olmalıdır. Azərbaycan bu istiqamətdə təşəbbüs göstərərək, transformasiyanın əsas tərkib hissələri kimi enerji saxlama və batareyalar mövzusuna diqqət çəkib. Biz bu təşəbbüsü tamamilə dəstəkləyirik. Bununla belə, bu həftə aparılan müzakirələr olduqca çətin və mürəkkəbdir.
Mən yalnız ümid edə və çalışa bilərəm ki, hazırkı təşəbbüslər uğurlu bir nəticəyə gətirib çıxarsın. Fikrimcə, bu, genişləndirilməyə dəyər bir sahədir və biz bunun üzərində çox çalışırıq.
Ümumiyyətlə son illərdəki COP tarixçəsi əsasən enerji məsələlərinə yönəlib. İndi isə bu uğur hekayəsini sənaye istehsalına da uyğunlaşdırmağa çalışırıq. Almaniyanın töhfəsi əsasən sənayeni yaşıl etməkdə özünü göstərir. Biz əslində, Almaniyanın sənaye siyasətini dünya miqyasında genişləndiririk, xüsusilə Kanada və Böyük Britaniya ilə birlikdə...
 

Yeni bir dəstək mexanizmi yaratmaq üçün bir ittifaq qurmuşuq. Bu çərçivədə Almaniya 200 milyon avro, Kanada və Böyük Britaniya da oxşar məbləğlər ayırır. Üstəlik, iqlim fondları da əlavə olunur ki, ümumilikdə 1,3 milyard avro cəlb edilsin.


Bu vəsait, sənayelərini - yalnız enerji keçidini deyil - yaşıl etmək istəyən dövlətlərə dəstək vermək məqsədilə nəzərdə tutulub. Bunun üçün iki il əvvəl yaradılmış İqlim Klubu mexanizmlərindən istifadə edirik. Bu könüllü ittifaq keçən həftə bir “Matchmaking” platforması təqdim etdi.
Sadə şəkildə desək, bu, bir veb səhifədir. Məsələn, qlobal cənub ölkələri bu platformaya suallar göndərə bilərlər. Bu platforma vasitəsilə artıq mövcud olan dəstək mexanizmləri, bilik və bazar alətləri, həmçinin birbaşa subsidiyalar təqdim ediləcək. Bununla, Almaniya və Avropa Birliyi iqlim dəyişikliyinə qarşı mübarizəni iqtisadi və sosial uğura çevirmək üçün əsas qüvvə olmaq niyyətindədir”.Nazir “ABŞ-Fələstin məsələsindəki dəyişikliklərlə bağlı yeni bir liderlik dəyişikliyi yaranıb. Almaniya mövcud vəziyyətdə hansı rolu oynaya bilər” sualına da müasibət bildirib.
O, deyib ki, Almaniya dünyanın üçüncü ən böyük iqtisadiyyatı və Aİ-nin güclü üzvü olaraq müəyyən bir rola malikdir:
“Biz Aİ vasitəsilə danışıqlar aparırıq, yəni beynəlxalq proseslərdə Aİ-ni təmsil edirik. Almaniya isə Aİ daxilində müəyyən sektorlarda liderlik edir. Amma mən bunu “ikinci sıradan liderlik” kimi xarakterizə edərdim. Bu o deməkdir ki, qabağa çıxıb “bunu belə edin” demək əvəzinə, dəvətkar bir şəkildə rəhbərlik edirik. Lakin bu rolu qəbul edirik. Almaniyanın sənaye sahəsində dəyişikliklərə liderlik etməsi və iqlim dəyişiklikləri ilə mübarizədə məsuliyyəti tam şəkildə öz üzərinə götürməsi bunun sübutudur.
 

Minimum deyil, maksimum gözləntilərimiz var. Ən mühüm məqam iqlim məsələlərinin daha geniş bir çərçivəyə salınmasıdır. Biz əsasən hələ rəsmi olaraq inkişafda olan ölkələrlə danışırıq. Amma əslində, son onilliklərin böyük qazananları BƏƏ, Qətər və Çindir. Bu ölkələr böyük maliyyə imkanlarına malikdir.


Hesab edirəm ki, fosil yanacaq yandırılmasından qazanc əldə edən, yəni neft və ya qaz çıxararaq satmaqla milyardlarla dollar qazanan şirkətlərin, qlobal istiləşmənin təsirlərindən əziyyət çəkən insanlara, xüsusilə istidən, daşqınlardan və ekstremal hava hadisələrindən əziyyət çəkənlərə dəstək olmaq üçün daha çox maliyyə töhfəsi verməsi məqsədəuyğundur”.
Nazir onu da əlavə edib ki, daha çox iş görmək qeyd edilən ölkələrin də öz töhfələrini verməsi şərtilə mümkündür:
“Bu, doğru və ədalətli olardı, çünki fosil enerjidən istifadə edərək qazanc əldə edən ölkələr var. Onların maliyyə gücünü səmimi şəkildə ortaya qoyması və geniş şəkildə iştirak etməsi məntiqli olardı”.
Nuray, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Noyabr 2024 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see284

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see242

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see234

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see207

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see189

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see182

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see173

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see171

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see153

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see153

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see134

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see133

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see127

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see126

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see121

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri