“Alpine” pilotu Bakıdakı qəza ilə bağlı etiraf etdi
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Alpine” pilotu Franko Kolapinto “Formula-1” üzrə Azərbaycan Qran-prisində baş verən qəzaya görə məsuliyyəti tam üzərinə götürüb.
İdman.Biz reuters-ə istinadən xəbər verir ki, argentinalı pilot təhlükəsizlik avtomobilinin meydanı tərk etməsindən sonra yarışın bərpası zamanı birinci döngədə səhvə yol verdiyini etiraf edib.
Bu səhv onun komanda yoldaşı Pyer Qasli və “McLaren” pilotu Lando Norrisin yarışdan kənarlaşmasına səbəb olub.
“Bu, çox ciddi nəticələrə səbəb olan axmaq bir səhv idi”, - deyə Kolapinto bildirib.
23 yaşlı pilot hadisə ilə bağlı məsuliyyəti paddoka qayıdan kimi qəbul etdiyini qeyd edib. O, qəzadan sonrakı günləri karyerasının ən çətin dövrlərindən biri kimi xarakterizə edib.
Qəzadan sonra Norris əvvəlcə Kolapintonun bir yarışlıq diskvalifikasiya edilməsini tələb etsə də, daha sonra bu sözlərinə görə üzr istəyib. Argentinalı sürücü bildirib ki, onlar artıq məsələni müzakirə edib və aralarındakı fikir ayrılığını həll ediblər.
Qəza sosial şəbəkələrdə Kolapintoya qarşı çoxsaylı təhqirlərin yazılmasına da səbəb olub. Pilot azarkeşləri bu cür mesajların idmançılar üçün doğura biləcəyi nəticələri nəzərə almağa çağırıb və yarışçıların da insan olduğunu vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisindəki toqquşmaya görə Kolapinto növbəti yarışda start mövqeyində beş pillə geriləmə cəzası alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 01 Oktyabr 2026 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















