Icma.az
close
up
RU
Altı il əvvəl Rusiyada adam öldürən azərbaycanlıya AĞIR CƏZA VERİLDİ

Altı il əvvəl Rusiyada adam öldürən azərbaycanlıya AĞIR CƏZA VERİLDİ

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

6 il əvvəl Rusiyada cinayət törədən azərbaycanlı Ağcabədidə həbs edilib.

Oxu.Az-ın məlumatına görə, hadisə 2019-cu ildə Rusiya Federasiyasının Leninqrad vilayəti, Kirov şəhəri, Ladojsk küçəsi, ev 9B ünvanında yerləşən "Qızıl Qaya" kafesində baş verib. Ağcabədi rayon sakini, 1990-cı il təvəllüdlü Nəriman İbadov bir müddət Leninqradda yaşayıb. O, həmin tarixdə "Qızıl Qaya" kafesində təşkil edilən, Moldovadan olan tanışlarından birinin nigah mərasimində iştirak edib. Həmin vaxt məclisdə rus, özbək və erməni millətinin nümayəndələri də iştirak ediblər. Mərasimdə sifariş əsasında ermənilərə aid musiqi səsləndirilib. Daha sonra Nəriman yaxınlaşaraq Azərbaycan mahnısı sifariş verib. Bu vaxt restoranda mahnıları idarə edən şəxs, Özbəkistan vətəndaşı Sardorbek Aminconov onun sifarişini qəbul etməyib və həmin restoranda Azərbaycan musiqisinin səslənməsinə mane olub.

Nəriman İbadov məsələnin qəlizləşməməsi üçün azərbaycanlı dostları ilə başqa mahnı sədaları altında oynamağa başlayıb. Bu zaman azərbaycanlılardan biri özbəyə yaxınlaşaraq, Azərbaycan mahnısına niyə icazə vermədiyini soruşub. Özbəkistan vətəndaşı restoranda ofisiant işləyən qardaşı ilə birləşərək həmin azərbaycanlını vurublar. Prosesə müdaxilə edən Nəriman İbadov üzərində gəzdirdiyi bıçaqla Sardorbek Aminconovu ürəyindən bıçaqlayıb və restoranı tərk edib. Nəriman dərhal Leninqrada, oradan isə Moskvaya gəlib. Təxminən iki ay sonra, o, Ukraynanın Xarkov şəhərinə, oradan isə Azərbaycana gəlib.

Nəriman İbadov bir müddət ailəsi ilə Ağcabədidə yaşayandan sonra işləmək üçün Bakıya gəlib. O, bir müddət Bakıda qalandan sonra metronun "Memar Əcəmi" stansiyasının qarşısında polis əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, Nəriman İbadov Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib.

N.İbadov barədə cinayət işi başlanılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nəriman İbadov 14 il azadlıqdan məhrum edilib.

Samir Əli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 İyun 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri