Altmış üç ölkənin hüquqmühafizə orqanları birgə 225 ton kokain ələ keçirib
Icma.az bildirir, Report.az portalına istinadən.
Kolumbiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları 62 ölkədən olan həmkarları ilə birlikdə 225 ton kokaini ələ keçirərək dünya rekorduna imza atıb.
"Report" "Euronews"a istinadən xəbər verir ki, narkotik alverçilərinə qarşı reydlər altı həftəlik "Orion" əməliyyatı çərçivəsində keçirilib.
Məlumata görə, 400 nəfər həbs edilib.
Əməliyyat çərçivəsində kolumbiyalılar və onların tərəfdaşları Avstraliyaya kokain daşıyan 6 gəmini saxlayıblar.
“Orion” əməliyyatçıları kokaindən əlavə, daşıyıcılardan min ton marixuana və silah götürüblər.
"Bu, ölkə tarixində bəlkə də ən böyük tranzit kokain müsadirəsidir", - Kolumbiya Prezidenti Qustavo Petro sosial mediada yazıb.
Narkotik qaçaqmalçıları hesablamalara görə, azı 8,4 milyard dollar itiriblər.
BMT-nin hesablamalarına görə, hər il dünyada 2 700 ton kokain istehsal olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 29 Noyabr 2024 00:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















