Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

ALYASKA GÖRÜŞÜ SIFIRLANIR... Trampın “Nobel arzusu” suya düşür

ALYASKA GÖRÜŞÜ SIFIRLANIR... Trampın “Nobel arzusu” suya düşür

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Putin Trampda qəsdən onunla razılaşdığı barədə yalan təəssürat yaradırdı"

Tezliklə Putin-Zelenski görüşünün keçiriləcəyi və Ukraynada sülhə nail olunacağına dair ümidlər sürətlə öləziyir. ABŞ Prezidenti Donald Tramp isə bazar ertəsi günü Ukraynadakı müharibədə tezliklə sülh razılaşmasına nail olacağı ilə öyündüyü halda, artıq dünən tamamilə başqa əhval-ruhiyyədə göründü və mahiyyətcə fərqli paylaşım etdi.

Belə ki, Tramp son açıqlamasında Kiyevin Rusiyaya qarşı daha çox hücum etmədən müharibədə qalib gəlmək şansının olmadığını qeyd etdi. Bu, o deməkdir ki, Trampın Putin-Zelenski görüşünə, daha sonra üçtərəfli sammitə və sülh razılaşmasına olan ümidləri özünü doğrultmayıb. Bundan əlavə, sülh razılaşması əldə olunarsa, Qərb sülhməramlılarının Ukraynaya göndərilməsi ideyası da Kreml tərəfindən rədd edildi. Sergey Lavrovun son açıqlamaları isə Kremlin köhnə bayatıları təkrarladığını göstərdi. Belə ki, Lavrov Putinin adından növbəti dəfə Zelenskinin Prezident kimi legitimliyini sual altına aldı və onunla hər hansı bir sənədin imzalanmayacığına eyham vurdu.

Bütün bunlar Alyaska görüşünün böyük ölçüdə sıfırlanması və Trampın Nobel mükafatı arzusunun suya düşməsi anlamına gəlir…

İndi isə Qərb liderləri, eləcə də mətbuat Alyaska görüşünün gözlənilən nəticələri verməməsini və Tramp diplomatiyasının uğursuzluğunu müxtəlif səbəb və bəhanələrlə yozmağa çalışırlar.


Məsələn, “The Wall Street Journal” yazır ki, Ukrayna məsələsində diplomatik irəliləyişə nail olunmaması Putin və Trampın danışıqlar üslubundakı kəskin fərqlərlə bağlıdır: "Keçmiş köməkçilərinin fikrincə, Tramp əsasən şəxsi münasibətlərə əsaslanan improvizəçi bir yanaşma sərgiləyir. Putin isə metodikdir və qeyri-sentimentaldır.

Tramp münaqişəni mümkün qədər tez bitirmək istəyir. Putin isə daha uzun oyun oynayır, diplomatlar danışıqlar apararkən, hər iki tərəfdən minlərlə itkilər verilsə də, döyüş meydanındakı mövqeyini tədricən yaxşılaşdıracağına ümid edir".

Eyni zamanda Qərb təhlilçiləri hesab edirlər ki, Trampın sosial mediada Ukraynaya Rusiyaya hücumları tövsiyə edən paylaşımı diplomatiyanın uğursuzluğunun göstəricisidir. Bu, həmçinin Tramp tərəfindən Rusiyaya təzyiq və təsir rıçaqlarını bərpa etmək cəhdi ola bilər.

ABŞ-nin Rusiyadakı və NATO-dakı keçmiş səfiri Aleksander Verşbou bununla bağlı deyib: "Bu, onu göstərir ki, Tramp Rusiyaya (zəif) təzyiqin onun strategiyasındakı ən əsas çatışmazlıq olduğunu anlayır. Bu strategiyanı dəstəkləmək üçün heç bir güclü silah yoxdursa, onun dəyəri azalır".

Trampın ilk prezidentliyi dövründə Milli Təhlükəsizlik Şurasında Rusiya üzrə əsas ekspert kimi çalışmış Fiona Hill isə hesab edir ki, Trampın əvvəlcə Putinlə, sonra isə Zelenski və Avropa liderləri ilə keçirdiyi görüşlər vəziyyəti daha da dolaşdırıb: “Sanki biz Ukraynada ilişib qalmışıq və indi Putin də daxil olmaqla hamı Trampı idarə etməyə çalışır. Ruslar müəyyən kontekstdə terminlər işlədirlər və Tramp bunun fərqinə varmır. Ola bilsin ki, Putin Trampda qəsdən onunla razılaşdığı barədə yalan təəssürat yaradırdı".

Tramp administrasiyası tezliklə razılaşmaya nail olunacağına israrla ümid etsə də, bir çox keçmiş ABŞ rəsmiləri, eləcə də nüfuzlu politoloqlar, mütəxəssislər yaxın zamanda hərtərəfli nizamlanmanın mümkün olmadığını bildirirlər.

Bununla bağlı ən konkret və inandırıcı şərhi isə tanınmış diplomat, Trampın ilk prezidentliyi dövründə ABŞ-nin Ukrayna danışıqları üzrə xüsusi nümayəndəsi kimi çalışmış Kurt Volker verib: “Biz hazırda iki həftə əvvəl, hətta altı ay əvvəl olduğumuz yerdəyik. Heç bir razılaşma olmayacaq. Putin heç vaxt razılaşmayacaq".

Bütün bu baş verənlər Trampın zatən mübahisəli və qüsurlu reputasiyasını daha da zəiflədir. Onun bəyanatlarına və sözlərinə olan inamı kəskin azaldır. Bu isə eyni zamanda, ABŞ-nin bir dövlət kimi nüfuzunu və sözünü heçə endirir…

C.Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 22 Avqust 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see330

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see269

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see264

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see257

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see256

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see243

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see235

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see235

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see231

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see231

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see225

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see221

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see219

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see211

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see197

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see196

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see191

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see184

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri