Alyaskaya üzərində “СССР” yazılı köynəklə getdi Video
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Məlum olduğu kimi, bu gün Alyaskada Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında görüş keçiriləcək.
“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov artıq görüşün keçiriləcəyi Ankoric şəhərindədir.
Lavrovun Alyaskadan görüntüləri isə Rusiyanın teleqram kanallarında yayılıb. Belə görüntülərdən birində Rusiyanın XİN rəhbəri avtomobildən enərək hotelə daxil olub. Bu zaman nazirin geyimi ətrafdakı jurnalistlərin diqqətini cəlb edib. Belə ki, Lavrovun köynəyinin üzərində “СССР”ə (SSSR) bənzər yazını görmək mümkün olub.
Jurnalistlər rusiyalı nazirdən bunun Alyaskaya ilk səfərinin olub-olmadığını soruşub. O isə cavabında daha əvvəllər də həmin ştata səfər etdiyini xatırladıb.
Həmin görüntüləri təqdim edirik:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 15 Avqust 2025 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















