İran ABŞ yə məxsus pilotsuz uçuş aparatını vurduğunu AÇIQLADI
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
İran Silahlı Qüvvələri ölkənin cənubunda ABŞ-yə məxsus MQ-1 tipli pilotsuz uçuş aparatını vurduğunu iddia edib.
Redaktor.az xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi məlumat yayıb.
Bildirilib ki, bir neçə saat əvvəl ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatı Hörmüzqan vilayəti üzərində ələ keçirilib. Məlumata görə, aparat İran ordusunun Hərbi Dəniz Qüvvələrinə məxsus hava hücumundan müdafiə sistemi tərəfindən Sirik sahilində, Kuhestak bölgəsində məhv edilib.
Bundan əvvəl İsrailin dövlət teleradio şirkəti “Kan” ABŞ mənbəsinə istinadən Mərkəzi Komandanlığın İsrail ordusunu İranda hərbi əməliyyatların yenidən başlanması ehtimalına hazırlaşmaq barədə məlumatlandırdığını açıqlayıb.
İranın xarici işlər naziri Abbas Əraqçi isə oktyabrda ölkəsinin tammiqyaslı müharibə ehtimalını istisna etmədiyini və silahlı qüvvələrin yüksək döyüş hazırlığı vəziyyətində saxlanıldığını bildirib.
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 13 Noyabr 2026 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















