Icma.az
close
up
RU
Am Kalvi : Yaşamaq uğrunda mübarizə

Am Kalvi : Yaşamaq uğrunda mübarizə

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Cümə axşamından cümə səhərinə keçən gecə İsrail az adamın cəsarət edəcəyi addım atdı. 

O, düşmənin ondan əvvəl silah çıxarmasını gözləməyib, ilk zərbəni özü vurdu. Çünki artıq vaxt yox idi.İsrail kəşfiyyatı xəbər verirdi ki, İran iki-üç həftə ərzində 15 nüvə döyüş başlığını tamamlaya bilər. On beş! Bu, təkcə Tel-Əviv deyil, bütün region üçün böyük təhlükə idi. Məhz buna görə də, saat 22:10-da (İsrail vaxtı ilə) İranda strateji, hərbi və nüvə obyektlərinə qarşı genişmiqyaslı " Am Kalvi" əməliyyatı başladı.  Bu, artıq  torpaq uğrunda deyil, varlıq uğrunda müharibədir..

İsrail Silahlı Qüvvələri  Natanzdakı nüvə mərkəzini məhv etdi, yüksək rütbəli komandirlər zərərsizləşdirildi.Beş saat ərzində 200-dən çox İsrail döyüş təyyarəsi İranda strateji obyektlərə zərbə vurdu. Onlarla strateji məntəqə dağıdıldı: İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Təbrizdəki qərargahı, İran Ordusunun Baş Qərargahı və nüvə mərkəzi Natanz.

Xüsusilə diqqət çəkən məqam odur ki, İranda Hərbi Hava Qüvvələrinin komandiri və yüksək rütbəli zabitlər dəqiq şəkildə zərərsizləşdirilib. Bu, İran silahlı qüvvələrinin idarəetmə sistemi üçün ağır zərbədir. Bu, sadəcə uğur deyil, düşmənin logistika və komanda mərkəzində ciddi sarsıntıdır.
İranın cavabı: 

100 PUA  və heç biri hədəfə çatmamaq

Gözlənildiyi kimi, İran cavab zərbəsi endirməyə çalışdı. İsrail ərazisinə doğru 100 pilotsuz uçuş aparatı (PUA) buraxıldı. Hədəf isə mülki obyektlər idi. Amma bu cəhd uğursuz oldu, PUA-ların heç biri hədəfinə çatmadı. Onların hamısı İsrailin hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar edilərək zərərsizləşdirildi. Bəziləri isə hələ İsrail hava məkanına daxil olmamış vuruldu.

Əməliyyatın başlanmasından səkkiz saat sonra İsrailin arxa cəbhə komandanlığı rəsmi açıqlama yaydı: 

“Təcili zərbə təhlükəsi aradan qaldırılıb”.

Vətəndaşlara sığınacaqları tərk etməyə icazə verildi. Bu, itkisiz əldə olunmuş hərbi və texnoloji qələbə idi. Bu, bir daha göstərdi ki, yəhudi dövləti təkcə müharibəyə hazır deyil, həm də qalib gəlməyi bacarır.

MOSSAD Tehranın ürəyində...

Gecənin ən təsirli səhifələrindən biri isə MOSSAD-ın İranda həyata keçirdiyi xüsusi əməliyyat oldu. İsrail və Qərb kəşfiyyatının məlumatına görə, son aylar ərzində İran ərazisində xüsusi təyinatlı qruplar fəaliyyət göstərib. Onlar strateji obyektlərin yaxınlığında pilotsuz sistemlər və partlayıcı qurğular yerləşdiriblər.

Mərkəzi İranda MOSSAD agentləri zenit-raket komplekslərinin (ZRK) yaxınlığında yüksək dəqiqliyə malik silahlar yerləşdirib. Hava hücumu başladığı an bu sistemlər dəqiqliklə işə salınıb.Tehranın yaxınlığındakı İsfəcabad bazasında isə “Yer-Yer” tipli raket sistemi partladılıb. Bu raketlər İsrail şəhərləri üçün real təhlükə hesab olunurdu.

Üç istiqamətdən hücumun məqsədi İranın cavab zərbəsi endirmək imkanını tamamilə məhdudlaşdırmaq idi.

İran komandanlığının çöküşü

Son məlumata görə, Tehranın təcili cavab vermək imkanı yoxdur. Səbəb sadədir: İranın ordu idarəetmə sistemi tamamilə iflic olub. İlk 15 dəqiqədə 20-dən çox yüksək rütbəli zabit öldürülüb və qərargahda xaos hökm sürür. Parçalanmış şəkildə aparılan səfərbərlik cəhdləri ümumi bir strateji cavaba çevrilə bilmir. Məhz bu səbəbdən də deyə bilərik ki, bu müharibənin ilk raundunu İsrail qəti şəkildə uddu.

Beynəlxalq reaksiyalar və Livandan mühüm siqnal...

Dünya birliyi gərgin vəziyyətdədir. Amma ən diqqətçəkən məqam Livan hökumətinin "Hizbullah"a yönəlik xəbərdarlığı oldu: 

“Livanı müharibəyə sürükləməyə haqqınız yoxdur”. İlk dəfədir ki, Beyrut açıq şəkildə terrorçu bir qurumdan məsafə saxlayır. Livan anlayır ki, İsrail öz vətəndaşlarını qorumaqda nə qədər ciddi və qərarlıdır. Bu da onu göstərir ki, artıq bir çox ərəb ölkələri İranın nüvə xülyasına görə ölməyə hazır deyillər.Netanyahu “Bəli, bu müharibə uzun çəkə bilər, amma biz dayanmayacağıq”,-deyib.

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, bu müharibə uzunmüddətli ola bilər və İsrail buna hazırdır. Çünki ölkə seçim qarşısındadır: ya qalib gəlmək, ya da yox olmaq. İsrail Silahlı Qüvvələri (TSAXAL) yeni raket hücumlarına, infrastruktur obyektlərinə zərbələrə, kiberhücumlara hazırdır. Hər cür ssenariyə. Amma indi hər kəsə aydındır: İsrail düşmənə başını qaldırmağa imkan verməyəcək.
Bu, yaşamaq haqqıdır...

“Am Kalvi” əməliyyatı eskalasiya deyil. Bu, real təhlükəyə cavab idi, həyata keçməsinə cəmi bir neçə gün qalmış bir təhlükəyə. Diplomatiyanın mənasını itirdiyi, Xameneyinin “İsrail xəritədən silinməlidir” yazdığı bir dünyada İsrail sadəcə vacib olanı etdi. Yaşamaq üçün ilk zərbəni vurdu.

Bu gün İsrail dünyaya bir mesaj verir:

Biz müharibə istəmirik. Amma bizi seçim qarşısında qoyursunuzsa, biz qələbəni seçirik.

Biz sonadək döyüşəcəyik. Çünki bizim başqa yolumuz yoxdur.Yeni reallığa xoş gəlmisiniz! Bu reallıqda İsrail artıq qurban deyil. Öz taleyini özü yazan bir dövlətdir.

Yuri Boçarov, israilli politoloq, siyasi elmlər namizədi
Tərcümə edən: 

Səbinə Uğur
"Cebheinfo.a

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 İyun 2025 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see384

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see353

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see344

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see292

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see260

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see257

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see242

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see235

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see219

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see210

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see210

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see207

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see202

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see200

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see198

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see193

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see187

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see177

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri