Icma.az
close
up
RU
Amazoniya Azərbaycanda qadın dövləti

Amazoniya Azərbaycanda qadın dövləti

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Azərbaycanda amazon qadınların olması ilə bağlı, hətta amazon qadınlar ölkəsinin məhz Azərbaycanda olması ilə bağlı çoxlu elmi mülahizələr var. Azərbaycanda qadınların adı ilə bağlı 60 mağara, 15 qız qalası var. Araşdırmalar göstərir ki, dünyanın heç bir yerində Qafqaz Albaniyasında, xüsusilə Azərbaycanda olduğu qədər Qız qalaları yoxdur. Azərbaycanda qadın və qız adlı kifayət qədər qalalar, abidələr var.

 Zaqatalada yerləşən Pəri qalası, İsmayıllı rayonunun Xanəgah kəndində və Bakıda Qız qalaları və sairələrini misal göstərə bilərəm. Laçın rayonundakı Qırxqız dağlarına yaxın kəndlərdə amazonkaların izləri mövcud imiş. Cicimli kəndində olan "Cicim ocağı" adlanan ana qəbiri, Ərdəşəvi kəndi yaxınlığında bir neçə yerdə öz şəxsi sürsatı ilə dəfn olunan qadın qəbirləri bizi amazonkaların izlərinə götürür.

Britaniyanın "The Observer” nəşri yazır: "Britaniya arxeoloqları Naxçıvan tunc dövrünə aid məzarların tədqiqi zamanı qədim Yunanıstan əfsanələrində adı çəkilən amazonların mövcudluğunu təsdiq edən artefaktlara rast gəliblər”

Qeyd edim ki, qədim Azərbaycan sakinləri olan MAQ-da baş kahinə Sarı Ana, yaxud da Sarı Nənə deyirdilər və sarı geyimli qadın olmaqla 12 qadın ibadət sistemləri vardı.

Albaniyanın dağlıq vilayətlərindən biri Parisos adlanırdı. 1139-cu il zəlzələsində Parisos şəhəri və vəngi dağılmışdır.

Kitabi Dədə-Qorqud dastanında Bamsı Beyrək özünə həyat yoldaşı arzulayanda atasına dediyi qızı əlamətləri tam Amazon qadını tipinə uyğun gəlir. Beyrək söyləyir ki,” o qız elə olmalıdır ki, məndən qabaq dursun, məndən qabaq ata minsin, məndən qabaq döyüşə baş vurub baş gətirsin”

Azərbaycanda ailə kultunun möhkəmliyini, süd anasının müqəddəs sayılmasını, məişət və təsərrüfat işlərində qadının aparıcı rolunu amazonkaların tarixi məskənlərinin bu ərazilərdə olması ilə əlaqələndirirlər.

 Yunanlarda mifalogiyada amazonkalar haqqında məlumat varsa, Azərbaycandan isə arxeoloji izlər və verbal tekstlərdə bu barədə məlumatlar var. 

Eramızdan əvvəl I əsrdə yaşayan tarixçi Pompeius Trogus Böyük İskəndərin Atropenaya yürüşünü anladarkən yazır: "Böyük İskəndər xəzərləri və midiyalıları yendi. Orada 300 qadınla bərabər amazon kraliçası Talestris ya da Minutiya 35 günə yad qəbilələri keçib İskəndərin görüşünə gəlir"

Nizami Gəncəvinin qəhramanı olan Nüşabə həqiqətən tarixdə mövcud olub və onun əsl adı TALESTRİS olub. Amazon kraliçası olan TALLESTRİS Bərdə ərazisində bir qalanın rəhbəri və qızlardan ibarət olan ordunun sərkərdəsi idi. 

Strabon "Coğrafiya” əsərində yazır:” Albaniyanın yuxarı dağlarında amazonlar yaşayır. Pompeyi yürüşdə müşayiət edən və Albaniyaya gələn Feofan söyləyir ki, skif tayfaları olan Hell və Lehlər Amazonkalar və Albanlar arasında yaşayırlar." 

Strabon Metrodor Skepsiliyə və Gipsikarta əsaslanaraq bildirir ki, ―”amazonkalar Qafqaz dağlarının Kervaney adlandırılan hissələrinin şimal yamaclarında qarqarların qonşuluğunda yaşayırlar”

"Amazon” sözü qadın döyüşçü deməktir. "A-mazos”-"döşsüz” deməkdir.

Qarqarlar əvvəlcə Albaniyanın şimal sərhədlərində amozonkalarla qonşuluqda yaşayırdılar. Kişi tayfasına qənim kəsilmiş bu gözəllər-amazonkalar yalnız qarqar igidlərinə könül verər, öz adətlərinə uyğun olaraq onlara ərə gedərdilər. Doğulan qız uşaqları isə qarqarlara çatırdı”. Qarqarlar, eyni zamanda bulqarlar və kəngərlər etnik bir kütlənin soyları olub. Hər bir qarqar ona gətirilən hər hansı körpəni görmədənbilmədən öz oğlu sayıb onu qəbul edir.

Eramızın II minilliyində yaşamış yunan səyyah və coğrafiyaçısı Pavsani yazır: "Amazonlar Qafqazda yaşayırdılar. Onlar Hurkani gölü (bugünkü Xəzər) sahillərindən baş alıb gəlirlər. Albaniyanın yuxarılarında amazonlar yaşayırdılar. Onlar yer şumlamaq, bağçılıq, mal-qaraya və xüsusilə atlara qulluq etmək kimi müxtəlif işlər görürdülər. Daha güclü amazonlar isə at belində ovla və ya hərbi təlimlə məşğul olurdular.”

Böyük yunan həkimmi Hipokrat yazır: "Amazonlar 3 düşmən öldürüncəyə qədər qız qalırdılar. Onların sağ məmələri olmazdı, uşaqlıqda anaları bunu dağlayırdılar ki, burada inkişaf dayansın və bütün güc sağ kürəyinə və sağ qoluna keçsin. Amazonlar əllərinə xına yaxardılar "

E.ə. I əsrdə Roma sərkərdəsi Pompey Albaniyaya hücum edərək bu əraziləri ələ keçirmək istədikdə Azərbaycan qadınları kişilərlə bərabər ayağa qalxmış və Pompeyin qoşunlarına müqavimət göstərmişlər. İsgəndəriyyəli Appian yazır ki, romalılara qarşı kişilərlə bərabər qadınlar da vuruşurdular və döyüşdən sonra "girov götürülmüşlər və əsirlər arasında kişilərdən az yara almayan çoxlu qadın var idi”

Qızılbaş tayfaları arasında çox sayda qadın döyüşçülərin olduğu qeyd edilir. Səfəvi dövlətinin yaranmasında rol oynayan zülqədər tayfasının arasında 30 minlik qadın döyüşçünün varlığından bəhs edilir.Bəzi tədqiqatçılar həmin döyüşçü qadınları "amazonlara” oxşadıblar. "Amazonlara” oxşadılan bu qadınlara Taclı Bəyim rəhbərlik etmişdir. Çaldıran savaşında çox sayda qadın əsgərin yer alması ancaq bu şəkildə izah edilməlidi.

Bu barədə daha çox yazmaq olar. Bu bir daha sübut edir ki, Azərbaycan qadınları tarix boyu torpaqlarımızın toxunulmazlığı, namusu və qeyrəti, dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi uğrunda kişilərlə bərabər mübarizə aparmış, dünya tarixində cəsarət, qorxmazlıq və vətənpərvərlik nümunələri göstərmişlər.

Prof.Dr.Zaur Aliyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 İyul 2025 21:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see367

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see364

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see303

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see276

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see216

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see214

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see210

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see188

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see181

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see174

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see170

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri