Icma.az
close
up
RU
Amazon”un səhvi 88 yaşlı qadını evdə əsir etdi

Amazon”un səhvi 88 yaşlı qadını evdə əsir etdi

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-ın Kaliforniya ştatının San Xose şəhərində yaşayan Key adlı qadın həyatının son bir ilini real kabus kimi yaşadığını bildirib. O, sifariş vermədiyi halda hər ay evinə yüzlərlə Amazon paketinin gətirildiyini deyir.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, Keyin sözlərinə görə, bu paketlər onun qarajını və həyətyanı sahəni tamamilə zəbt edib. Paketlərin içərisində “Etkin” markası altında Çinli satıcı “Liusandedian” tərəfindən satılan süni dəri avtomobil oturacaqları yer alır. Qadın bildirir ki, həmin məhsullar avtomobilinə uyğun gəlmədiyi üçün geri göndərmək istəyən alıcıların əksəriyyəti onunla eyni vəziyyətlə üzləşir. Belə ki, satıcı geri qaytarılma ünvanı kimi məhz Key-in ev ünvanını göstərib. Nəticədə, yüzlərlə geri qaytarılmış məhsul Key-in ünvanına göndərilib.

Şikayətçi qeyd edib ki, məsələ ilə bağlı bir ildən çoxdur Amazon-a dəfələrlə şikayət etsə də, problemin həllinə nail ola bilməyib. Onun sözlərinə görə, yaranmış vəziyyət 88 yaşlı anasının evə girib-çıxmasını çətinləşdirir, poçt daşıyıcıları isə qapıya çata bilmirlər. Pepperoni pizza

Amazon şirkəti problemin həlli üçün Keydən paketləri ya bağışlamasını, ya da öz imkanları ilə geri göndərməsini istəyib. Lakin qadın bu təklifi rədd edərək məsuliyyətin şirkətə məxsus olduğunu bildirib:

“Niyə mən bu işlə məşğul olmalıyam? Bu, Amazonun məsuliyyətidir”, – deyə o bildirib.

Amazon qaydalarına əsasən, dünya üzrə fəaliyyət göstərən satıcılar ABŞ daxilində pulsuz geri qaytarılma ünvanı təqdim etməli və müştərilərə geri qaytarma imkanı yaratmalıdır. Lakin “Liusandedian” adlı satıcının bu qaydaları pozduğu, alıcılardan yüksək məbləğdə geri qaytarılma haqqı tələb etdiyi və nəticə etibarilə bu yükün Key-in üzərinə düşdüyü məlum olub.

Yerli televiziya kanallarının məsələni işıqlandırmasından sonra Amazon şirkəti Key-in evində yığılıb qalmış bütün paketlərin geri toplanacağını, həmçinin məsuliyyətsiz satıcıya qarşı tədbir görüləcəyini açıqlayıb.

Rəvan Rzazadə


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 14 İyul 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see655

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see385

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see288

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see269

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see264

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see230

Çin buna görə sürətlə inkişaf edib (Video)

18 Avqust 2026 05:05see217

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see217

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see209

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see209

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see186

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see184

“Prezidentin verdiyi mesajlar regionumuzun gələcəyi baxımından böyük önəm kəsb edir” ŞƏRH

18 Avqust 2026 15:52see170

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see169

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see162

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ yə ixrac edildiyi açıqlanıb

19 Avqust 2026 04:53see157

Tramp İranla Hörmüz boğazı üzrə hazırlanan razılaşmaya görə Omana hədə qorxu gəlib

19 Avqust 2026 02:34see154

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see153

Çingiz Əhmədov qadınlarla bağlı sözlərinə görə tənqid olundu

18 Avqust 2026 11:39see146

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri