AMB: Azərbaycanda 100 mindən çox POS terminal QR ödənişlərini dəstəkləyir
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Ötən il qanunvericiliyə edilmiş dəyişikliklər nəticəsində AzQR sistemi bazara təqdim olunub. Hazırda Azərbaycanda 100 mindən çox POS-terminal QR ödənişlərini dəstəkləyir.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və məhsulların inkişafı departamentinin direktor müavini Ramil Mahmudov "Azərbaycanın Rəqəmsal Maliyyə Gündəliyi" mövzusunda keçirilən tədbirdə bildirib.
"Bununla bazara həm fintech şirkətlərinin aktiv istifadə edə biləcəyi, həm də sahibkarlar üçün daha aşağı xərcli ödəniş həlli təqdim olunub. Eyni zamanda, istifadəçilər üçün ölkənin qanunvericiliyinə və bazarın tələblərinə uyğun müasir ödəniş aləti formalaşdırılıb.
Onun sözlərinə görə, dünyada da QR ödənişlərinin tətbiqi sürətlə genişlənir:
"Hazırda Azərbaycanda dinamik QR həlli tətbiq olunur, növbəti mərhələdə isə statik QR kodlarının istifadəyə verilməsi planlaşdırılır. Bu, ən ucqar yaşayış məntəqələrində belə nağdsız ödənişlərin qəbuluna imkan yaradacaq, nağd pula tələbatın azalmasına və nağdsız ödəniş vərdişlərinin formalaşmasına töhfə verəcək. Yeni strateji dövrdə əsas prioritetlərdən biri də vətəndaşlar arasında hesabdan-hesaba (account-to-account) ödəniş mədəniyyətinin inkişaf etdirilməsidir.
Hazırda bazarda kartdan-karta köçürmələr geniş istifadə olunsa da, məqsəd istifadəçilərin birbaşa bank hesabları üzərindən ödənişlərə üstünlük verməsidir. Bu model həm banklar, həm müştərilər, həm də sahibkarlar üçün daha əlçatan və operativdir. Ani ödənişlər sistemi vasitəsilə vəsait qarşı tərəfin hesabına dərhal köçürülür və sahibkarlar ödəniş məbləğini anında əldə edə bilirlər. Bu imkanların bazarda daha geniş tətbiqi istiqamətində işlər davam etdiriləcək".
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 29 İyun 2026 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















