Icma.az
close
up
RU
AMEA da hesabatlar rəqəmsallaşdırılır

AMEA da hesabatlar rəqəmsallaşdırılır

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

AMEA Rəyasət Heyətində Akademiyada rəqəmsallaşma prosesinin genişləndirilməsi, yeni rəqəmsal hesabat modelinin tətbiqi və türkologiya istiqamətində elmi fəaliyyətlərin sistemli təşkili məsələlərinə həsr olunmuş müşavirə keçirilib.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının iclasında respublikanın yeni rəqəmsal inkişaf strategiyasından irəli gələn çağırışlara uyğun olaraq, Akademiyada fəaliyyətin səmərəli təşkil edilməsi, elmi müəssisə və təşkilatlarda yeni rəqəmsal modelin tətbiqinin zəruriliyini vurğulayıb.

AMEA rəhbəri Rəqəmsal İnkişaf Şurasının müəyyən etdiyi vəzifələrə əsasən, bu gün Akademiyanın idarə olunmasında rəqəmsal transformasiya proseslərinə inteqrasiyanın əhəmiyyətindən söz açıb. O bildirib ki, elmi müəssisələr arasında rəqəmsal hesabat modelinin ilk dəfə Ədəbiyyat İnstitutunda tətbiq olunduğunu xatırladaraq, pilot layihənin növbəti icrası Fəlsəfə və Sosiologiya İnstitutunda gerçəkləşdiriləcək.

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, qurumun akademik-katibi, akademik Arif Həşimov rəqəmsallaşma istiqamətində atılan addımları yüksək qiymətləndirib, mövcud fəaliyyəti əhatə edən müvafiq təlimatın hazırlanaraq institutlara təqdim olunmasının vacibliyini bildiriblər.

Ədəbiyyat İnstitutunun elmi işlər və rəqəmsallaşma üzrə direktor müavini, filologiya elmləri doktoru Mehman Həsənli, AMEA Rəyasət Heyəti aparatının rəqəmsal akademiya, süni intellekt və elektron xidmətlər şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov, Rəyasət Heyəti aparatının insan resursları şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud, Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə, tarix elmləri doktoru Eynulla Mədətli, fəlsəfə doktoru Məhəmməd Cəbrayılov, dosent Faiq Ələkbərli rəqəmsallaşmanın mövcud potensialı, bu istiqamətdə görüləcək işlərdən və qarşıda duran vəzifələrin icra yollarından danışıblar.

Qeyd edilib ki, AMEA-nın Folklor, Arxeologiya və Antropologiya institutlarında da elmi hesabatların rəqəmsal qaydada hazırlanması nəzərdə tutulur.

T.RÜSTƏMLİ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Oktyabr 2026 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see882

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see321

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see313

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see306

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see293

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see269

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see256

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see223

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see220

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see203

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see203

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see200

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see199

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see199

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see198

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see193

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see186

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see186

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see184

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri