Icma.az
close
up
RU
AMEA da “Mifo poetik və filoloji düşüncədə mif konsepsiyaları” kitabının təqdimatı olub

AMEA da “Mifo poetik və filoloji düşüncədə mif konsepsiyaları” kitabının təqdimatı olub

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 8 iyul, AZƏRTAC

İyulun 8-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda bu müəssisənin mərhum əməkdaşı filologiya elmləri doktoru, dosent Pərvanə Bəkirqızının Ankarada nəşr olunmuş “Mifo-poetik və filoloji düşüncədə mif konsepsiyaları” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli açaraq, Pərvanə Bəkirqızının elmi fəaliyyəti barədə məlumat verib. O, mərhum alimin yaradıcılığının ədəbiyyatşünaslıq elmi, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə bağlı olduğunu bildirib. Qeyd edib ki, Pərvanə Bəkirqızı Ədəbiyyat İnstitutunda “Azərbaycan ədəbiyyatşünaslığında faciə janrının tədqiqi problemləri” mövzusunda namizədlik və “XX əsr Azərbaycan ədəbiyyatının bədii strukturu və mifopoetik təfəkkürü (nəsr və dramaturgiya əsasında)” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. O, institutun Ədəbiyyat nəzəriyyəsi şöbəsində çalışıb, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Humanitar şöbəsində və Filologiya üzrə Ekspert Şurasında müavin vəzifəsində fəaliyyət göstərib.

“Alimin ömür yolu yaratdığı əsərlərin ömrü ilə ölçülür və davam edir. Mükəmməl elmi əsər yazan alimlər əbədi yaşamaq haqqı qazanırlar”, - deyən akademik İsa Həbibbəyli vurğulayıb ki, Pərvanə Bəkirqızının əsərləri də elmi-nəzəri səviyyəsi, əhatə dairəsi və yeniliyi etibarilə alim ömrünü əbədi davam etdirəcək əsərlər sırasındadır. Onun “Faciə janrının poetikası və tədqiqi problemləri” adlı monoqrafiyası ədəbiyyatşünaslığımızda məktəb yaratmış Yaşar Qarayevdən sonra Azərbaycan elmində faciə janrı haqqında yazılmış ən yaxşı əsərlərdən biridir.

AMEA rəhbəri çıxışında Pərvanə Bəkirqızının elmi fəaliyyətinin əsasən XX əsr Azərbaycan ədəbiyyatının poetik strukturu və mifo-poetik təfəkkürünün tədqiqinə həsr olunduğunu söyləyib. O, alimin mifo-poetikanı müstəqil elmi istiqamətə çıxarmaq yolunda böyük xidmətlər göstərdiyini bildirib.

AMEA prezidenti onun əsərlərində azərbaycançılıq, müstəqil təfəkkür, müstəqil düşüncə, müstəqil dövlətçilik, vətənpərvərlik, millilik, soy-kökə bağlılıq kimi hisslərin ən yüksək səviyyədə özünü göstərdiyini vurğulayıb.

Akademik İsa Həbibbəyli mərhum alimin əsərlərinin elmi əhəmiyyəti ilə yanaşı, mühüm bir azərbaycanşünaslıq hadisəsi olduğunu qeyd edib.

Sonra institutun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Tahirə Məmməd “Ömrün davamı” adlı məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, Pərvanə Bəkirqızı yalnız bilik və elmi araşdırmaları ilə deyil, həm də obyektivliyi, ədalət prinsiplərinə sadiqliyi və vicdanlı mövqeyi ilə seçilirdi.

Diqqətə çatdırılıb ki, alimin “Mifo-poetik və filoloji düşüncədə mif konsepsiyaları” kitabı ədəbiyyat və mifologiyanın dərin əlaqələrini araşdıran zəngin bir tədqiqatdır. Türk və Azərbaycan ədəbiyyatındakı mifo-poetik izləri tədqiq edən bu əsər mifin ədəbi düşüncə üzərindəki təsirini dərinləşdirir və bu sahədə müasir nəzəriyyələrə işıq tutur. Bu nəşr müasir ədəbiyyatda mifologiyanın dərin izləri və gücünü araşdırmaq istəyənlər üçün qiymətli əsərdir.

Tədbirdə professor Mahirə Hüseynova, dosent Sara Osmanlı, professor Rəhilə Qeybullayeva, dosent Maral Yaqubova, filologiya üzrə fəlsəfə doktoru Aysel Qurbanova, elmi işçi Şəmsurə İsmayılova, filologiya elmləri doktoru Cəlal Bəydili (Məmmədov) Pərvanə Bəkirqızının yaradıcılığının müxtəlif məqamlarına diqqət çəkərək onun nəcib insani keyfiyyətlərə malik ziyalı olduğunu bildirib, alimlə bağlı xatirələrini bölüşüblər.

Çıxışçılar, həmçinin ictimaiyyətə təqdim olunan nəşr barədə fikirlərini bölüşüb, əsərin elmə dəyərli töhfə olduğunu bildiriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 İyul 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri