Icma.az
close
up
RU
AMEA da “Mifopoetik və filoloji düşüncədə mif konsepsiyaları” kitabının təqdimatı olub

AMEA da “Mifopoetik və filoloji düşüncədə mif konsepsiyaları” kitabının təqdimatı olub

Icma.az bildirir, 525.az portalına istinadən.

İyulun 8-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda bu müəssisənin mərhum əməkdaşı filologiya elmləri doktoru dosent Pərvanə Bəkirqızının Ankarada nəşr olunmuş “Mifopoetik və filoloji düşüncədə mif konsepsiyaları” kitabının təqdimatı keçirilib.

525.az xəbər verir ki, tədbiri AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli açaraq, Pərvanə Bəkirqızının elmi fəaliyyəti barədə məlumat verib. O, mərhum alimin yaradıcılığının ədəbiyyatşünaslıq elmi, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə bağlı olduğunu bildirib. Qeyd edib ki, Pərvanə Bəkirqızı Ədəbiyyat İnstitutunda “Azərbaycan ədəbiyyatşünaslığında faciə janrının tədqiqi problemləri” mövzusunda namizədlik və “XX əsr Azərbaycan ədəbiyyatının bədii strukturu və mifopoetik təfəkkürü (nəsr və dramaturgiya əsasında)” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. O, institutun Ədəbiyyat nəzəriyyəsi şöbəsində çalışıb, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Humanitar şöbəsində və Filologiya üzrə Ekspert Şurasında müavin vəzifəsində fəaliyyət göstərib.

“Alimin ömür yolu yaratdığı əsərlərin ömrü ilə ölçülür və davam edir. Mükəmməl elmi əsər yazan alimlər əbədi yaşamaq haqqı qazanırlar”, - deyən akademik İsa Həbibbəyli vurğulayıb ki, Pərvanə Bəkirqızının əsərləri də elmi-nəzəri səviyyəsi, əhatə dairəsi və yeniliyi etibarilə alim ömrünü əbədi davam etdirəcək əsərlər sırasındadır. Onun “Faciə janrının poetikası və tədqiqi problemləri” adlı monoqrafiyası ədəbiyyatşünaslığımızda məktəb yaratmış Yaşar Qarayevdən sonra Azərbaycan elmində faciə janrı haqqında yazılmış ən yaxşı əsərlərdən biridir.

AMEA rəhbəri çıxışında Pərvanə Bəkirqızının elmi fəaliyyətinin əsasən XX əsr Azərbaycan ədəbiyyatının poetik strukturu və mifopoetik təfəkkürünün tədqiqinə həsr olunduğunu söyləyib. O, alimin mifopoetikanı müstəqil elmi istiqamətə çıxarmaq yolunda böyük xidmətlər göstərdiyini bildirib.

AMEA prezidenti onun əsərlərində azərbaycançılıq, müstəqil təfəkkür, müstəqil düşüncə, müstəqil dövlətçilik, vətənpərvərlik, millilik, soy-kökə bağlılıq kimi hisslərin ən yüksək səviyyədə özünü göstərdiyini vurğulayıb.

Akademik İsa Həbibbəyli mərhum alimin əsərlərinin elmi əhəmiyyəti ilə yanaşı, mühüm bir azərbaycanşünaslıq hadisəsi olduğunu qeyd edib.

Sonra institutun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri filologiya elmləri doktoru professor Tahirə Məmməd “Ömrün davamı” adlı məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, Pərvanə Bəkirqızı yalnız bilik və elmi araşdırmaları ilə deyil, həm də obyektivliyi, ədalət prinsiplərinə sadiqliyi və vicdanlı mövqeyi ilə seçilirdi.

Diqqətə çatdırılıb ki, alimin “Mifopoetik və filoloji düşüncədə mif konsepsiyaları” kitabı ədəbiyyat və mifologiyanın dərin əlaqələrini araşdıran zəngin bir tədqiqatdır. Türk və Azərbaycan ədəbiyyatındakı mifopoetik izləri tədqiq edən bu əsər mifin ədəbi düşüncə üzərindəki təsirini dərinləşdirir və bu sahədə müasir nəzəriyyələrə işıq tutur. Bu nəşr müasir ədəbiyyatda mifologiyanın dərin izləri və gücünü araşdırmaq istəyənlər üçün qiymətli əsərdir.

Tədbirdə professor Mahirə Hüseynova, dosent Sara Osmanlı, professor Rəhilə Qeybullayeva, dosent Maral Yaqubova, filologiya üzrə fəlsəfə doktoru Aysel Qurbanova, elmi işçi Şəmsurə İsmayılova, filologiya elmləri doktoru Cəlal Bəydili (Məmmədov) Pərvanə Bəkirqızının yaradıcılığının müxtəlif məqamlarına diqqət çəkərək onun nəcib insani keyfiyyətlərə malik ziyalı olduğunu bildirib, alimlə bağlı xatirələrini bölüşüblər.

Çıxışçılar, həmçinin ictimaiyyətə təqdim olunan nəşr barədə fikirlərini bölüşüb, əsərin elmə dəyərli töhfə olduğunu bildiriblər.

Sevinc Qarayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://525.az
archiveBu xəbər 08 İyul 2025 19:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see188

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see182

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see163

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see151

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri