Icma.az
close
up
RU
AMEA ilə Cənubi Koreya Respublikasının Akademiyası arasında əlaqələr qurulacaq

AMEA ilə Cənubi Koreya Respublikasının Akademiyası arasında əlaqələr qurulacaq

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 9 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Cənubi Koreya Respublikasının Azərbaycandakı səfiri Kımqu Kanq ilə görüşüb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə çıxış edən akademik İsa Həbibbəyli Cənubi Koreyanın Azərbaycan üçün etibarlı tərəfdaş ölkə olduğunu və diplomatik münasibətlərin qurulduğu ötən 30 ildən artıq müddətdə bütün sahələrdə, o cümlədən elm və təhsil istiqamətlərində əlaqələrin genişlənməyə davam etdiyini bildirib. Qeyd edib ki, ölkəmiz Asiya xalqları və dövlətləri ilə əlaqələrə xüsusi önəm verir və bu sırada Cənubi Koreyanın da mühüm yeri var.

Azərbaycan - Cənubi Koreya elmi əlaqələri barədə məlumat verən akademik İsa Həbibbəyli bildirib ki, ötən müddət ərzində AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Koreya Donqduk Qadınlar Universitetinin Avrasiya Türk Araşdırmaları İnstitutunun birgə təşkilatçılığı iki dəfə beynəlxalq simpozium keçirilib. Ölkələrimiz arasında elmi əlaqələrin inkişafında Koreyanın Avrasiya Türk Araşdırmaları İnstitutunun rəhbəri professor Eunkyung Ohun xüsusi xidmətləri var.

Bu günlərdə isə AMEA-da keçirilən “Antik dövrdə Qafqaz və ətrafında urbanizasiya prosesləri” mövzusunda beynəlxalq elmi konfransda Azərbaycan arxeoloqları ilə yanaşı, Cənubi Koreyadan olan mütəxəssislərin də iştirak etdiyini deyən akademik İsa Həbibbəyli hazırda hər iki ölkənin arxeoloqlarının birgə fəaliyyəti nəticəsində Qəbələdə tədqiqatlar aparıldığını, tezliklə həmin ərazini ziyarət edəcəyini söyləyib.

Akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan ilə Cənubi Koreyanın elmi qurumları arasında ədəbiyyat, tarix, arxeologiya, fəlsəfə və digər istiqamətlərdə əlaqələr var və nəticə etibarilə hər iki ölkənin akademiyaları arasında əməkdaşlıq müqaviləsinin imzalanması birgə tədqiqatların genişlənməsində faydalı olar.

Cənubi Koreyanın ədəbiyyatı ilə də yaxından maraqlandığını bildirən AMEA rəhbəri 2024-cü ildə Ədəbiyyat üzrə Nobel mükafatı qazanmış Cənubi koreyalı yazıçı Han Kanqın “Vegetarian” əsərindən təsirləndiyini və romanla bağlı “Anlamağın ağır yükü” adlı məqalə yazaraq Azərbaycanda “Ədəbiyyat qəzeti”ndə və dünyada ədəbiyyat sahəsində məşhur olan “Literaturnaya qazeta”da çap olunduğunu diqqətə çatdırıb.

AMEA rəhbəri, həmçinin Cənubi Koreya ilə bağlı bir sıra xatirələrini bölüşüb və bu ölkənin elmi qurumları ilə əməkdaşlıqdan məmnun olduğunu deyib.

Səfir Kımqu Kanq səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirib və akademik İsa Həbibbəylinin Cənubi Koreya mədəniyyətinə olan sevgisindən təsirləndiyini söyləyib.

İlk dəfə ölkəmizə 2006-cı ildə səfər etdiyini deyən səfir Kımqu Kanq Azərbaycanı yaxından tanıdığını, dövlətlərimiz arasındakı əlaqələrin inkişafı ilə yanaşı, xalqlarımızın da münasibətlərinin genişləndirilməsinin mühüm olduğunu vurğulayıb. Qəbələdə aparılan arxeoloji tədqiqatlarla yerindəcə tanış olacağını bildirən səfir birgə ekspedisiyanın humanitar sahədə əlaqələrimizin möhkəmlənməsinə təkan verdiyini deyib, bu münasibətlə akademik İsa Həbibbəyliyə və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri Ruhəngiz Heydərovaya minnətdarlığını bildirib.

Səfir AMEA ilə Cənubi Koreya Respublikasının Akademiyası arasında əlaqələrin qurulmasında zəruri dəstəyi verəcəyini vurğulayıb. Həmçinin Han Kanq “Vegetarian” əsərini oxuduğunu və belə bir romanın Azərbaycan dilinə tərcüməsinə görə şad olduğunu söyləyib. Bildirib ki, Azərbaycanın qədim tarixi və mədəniyyəti, dünyaca məşhur şairləri, yazıçıları var və bir gün azərbaycanlılar da Nobel mükafatı qazanacaqlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyul 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri