Icma.az
close
up
RU
AMEA ilə Türkiyə Elmlər Akademiyası arasına əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilib

AMEA ilə Türkiyə Elmlər Akademiyası arasına əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 7 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli AMEA-nın 80 illik yubileyi çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti professor Müzəffər Şəkərlə görüşüb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə çıxış edən akademik İsa Həbibbəyli Azərbaycanla Türkiyə arasındakı sıx dostluq, qardaşlıq münasibətlərinə toxunub, bu gün bütün sferalarda olduğu kimi, elm sahəsində də iki qardaş ölkənin akademik qurumlarının əməkdaşlıq etdiyini deyib. AMEA ilə TÜBA arasında son illərdə əməkdaşlıq əlaqələrinin genişləndirildiyini, mütəmadi olaraq qarşılıqlı səfərlərin baş tutduğunu deyən akademik İsa Həbibbəyli bu il Türkiyə Elmlər Akademiyasının təşkilatçılığı ilə Ankarada AMEA-nın 80 illik yubileyinin yüksək səviyyədə keçirildiyini xatırladıb, həm buna, həm də AMEA-nın yubiley yığıncağında iştirakına görə professor Müzəffər Şəkərə minnətdarlığını bildirib.

Hazırda iki dost qurumun qarşısında Türk dünyasının digər Elmlər Akademiyaları və akademik qurumları ilə birgə Birinci Türkoloji Qurultayın 100 illiyinin yüksək səviyyədə təşkili ilə bağlı mühüm vəzifələrin dayandığını deyən akademik İsa Həbibbəyli bundan irəli gələrək bu günlərdə AMEA ilə TÜBA arasında “2026 Türkologiya Konqresi” çərçivəsində anlaşma memorandumunun imzalandığını xatırladıb.

Sonra çıxış edən TÜBA prezidenti professor Müzəffər Şəkər bir daha AMEA-nın rəhbərliyini, kollektivini və Azərbaycan alimlərini əlamətdar yubiley münasibətilə təbrik edib.

Son illərdə Türk Dövlətləri Təşkilatının yaratdığı yeni reallıq şəraitində Türk dünyası arasında elmi əməkdaşlığın yeni tarixi mərhələyə qədəm qoyduğunu deyən professor Müzəffər Şəkər XX əsrdə türk xalqlarının həmrəyliyinin nümayişi olmuş Birinci Türkoloji Qurultayın 100 illiyinin yüksək səviyyədə təşkilinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb, TÜBA-nın bu istiqamətdə üzərinə düşəni edəcəyini söyləyib.

Görüş zamanı, həmçinin əməkdaşlığın genişləndirilməsi ilə bağlı bir sıra məsələlər də müzakirə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Noyabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see168

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri