Mənsur Yavaş hələ ki, ehtiyatlı davranır Ərdoğanın rəqibi kim olacaq?
Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
Özəlin reytinqi Əkrəm İmamoğlu və Mənsur Yavaşın reytinqindən geridədir.
"Üzümüzə gələn həftə diqqətlər Türkiyəyə yönələcək. Ana müxalifət statusunda olan Yeni Parti lideri Özgür Özəl Cümə günü, yəni dekabrın 4-də partiyasının 2028-ci ildə keçiriləcək Prezident seçkisində namizədinin adını açıqlayacağını bildirib".
Bunu Sherg.az-a politoloq Elxan Şahinoğlu deyib.
O, qeyd edib ki, reytinqi hələ də yüksək olan İstanbulun həbsdəki bələdiyyə başçısı Əkrəm İmamoğlunun namizədliyi şübhə altındadır:

"Türkiyə məhkəməsi onun ali təhsil diplomunun ləğvini təsdiqləyib. Türkiyə qanunvericiliyinə görə isə, prezidentliyə namizədin ali təhsilli olması məcburi şərtdir. Diplomun ləğvi İmamoğlunun 2028-ci ildə keçiriləcək prezident seçkilərində iştirakını faktiki mümkünsüz edir. Yeni Partinin Prezidentliyə iddialı digər namizədi kimi Ankaranın bələdiyyə başçısı Mənsur Yavaşın adı hallanır. Rəy sorğuları onun da Əkrəm İmamoğlu kimi Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla mübarizədə şanslarının yüksək olduğunu göstərir. Ancaq Mənsur Yavaş hələ ki, ehtiyatlı davranır və Prezident seçkisinə qatılacaq həvəsdə olmadığını nümayiş etdirir".
Analitik qeyd edib ki, Mənsur Yavaş CHP-dən ayrılsa da, Yeni Partiyə qatılmayıb və uzun müddətdir Özgür Özəllə təması yoxdur:
"Yeni Parti lideri Mənsur Yavaşın istəyi olmadan onun namizədliyini irəli sürə bilməz. Mənsur Yavaşın ehtiyatlı davranmasının səbəbi son müddətdə bir çox bələdiyyə başçısının həbs olunmasıdır. Görünür, Yavaş düşünür ki, o namizəd olacağını açıqlayarsa, onu da Əkrəm İmamoğlunun yanına göndərə bilərlər. Əkrəm İmamoğlu, Mənsur Yavaş namizəd olmayacaqlarsa, Özgür Özəl kimin namizəd olacağını açıqlayacaq? Özəlin reytinqi Əkrəm İmamoğlu və Mənsur Yavaşın reytinqindən geridədir. Belə olan halda o öz namizədliyini irəli sürməyəcək. Bütün hallarda Özgür Özəl namizədi özü üçün müəyyənləşdirib".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 29 Noyabr 2026 22:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















