Sevgisi başına bəla oldu Cəzası budur+Fotolar
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Almaniyanın Münster şəhərində Adolf Hitlerə zahiri bənzərliyi ilə tanınan 59 yaşlı niderlandlı neonasist Stefan Wijkamp barəsində hökm çıxarılıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, nifrətə təhrik etmək və nasist liderini təbliğ etməkdə təqsirli bilinərək 8 ay müddətinə şərti azadlıqdan məhrum edilib.
Məhkəmə həmçinin Wijkampıın 1000 avro cərimə ödəməsinə və məhkəmə xərclərini qarşılmasına qərar verib.
İşə səbəb onun 2025-ci ilin iyulunda Münsterdə keçirilən neonasist nümayişi zamanı Adolf Hitler haqqında səsləndirdiyi fikirlər olub. Wijkamp həmin vaxt Hitler haqqında “O, parlaq idi, Hitler dahi idi” deyərək nasist liderini tərifləyib.
Məhkəmə zamanı da fikirlərindən geri çəkilməyən Wijkamp Hitlerə heyran olduğunu və onu sevdiyini bildirib. O, ifadələrinin söz azadlığı çərçivəsində olduğunu iddia etsə də, hakim bu arqumenti qəbul etməyib.
Hakim bildirib ki, Wijkamp-ın çıxışları nasist rejiminin qurbanlarının ləyaqətini ciddi şəkildə təhqir edib və ictimai asayişi pozub.
Qeyd edək ki, Wijkamp Hitlerə bənzər saç düzümü və bığları ilə tanınır, uzun müddətdir Almaniya və Niderlandın ifrat sağçı dairələrində fəaliyyət göstərir. Hökmün hələ qanuni qüvvəyə minmədiyi, onun qərardan apellyasiya şikayəti verəcəyi bildirilir.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 29 Noyabr 2026 22:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















