Icma.az
close
up
RU
AMEA və TÜBİTAK ın layihəsi: Türk mədəniyyətinin qədim izləri araşdırılır

AMEA və TÜBİTAK ın layihəsi: Türk mədəniyyətinin qədim izləri araşdırılır

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 15 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış əməkdaşlıq protokolu çərçivəsində ilk birgə layihə müsabiqəsinin nəticələri açıqlanıb. Müsabiqənin qaliblərindən biri “Türkiyə və Azərbaycanda türk mədəniyyətinin ən qədim izlərinin təsbiti” adlı ortaq tədqiqat layihəsi olub.

Bu barədə AZƏRTAC-a AMEA-nın Folklor İnstitutundan bildirilib. Qeyd olunub ki, iki il müddətinə nəzərdə tutulan layihə AMEA ilə Türkiyənin Ondokuz Mayıs Universiteti arasında həyata keçiriləcək. Tədqiqatın əsas məqsədi Azərbaycan və Türkiyə ərazilərində türklərə məxsus qədim izlərin, tarixi və mədəni bağların elmi əsaslarla müəyyənləşdirilməsi, maddi və qeyri-maddi irs nümunələrinin müqayisəli tədqiqidir.

Layihəyə Türkiyə tərəfdən Ondokuz Mayıs Universitetinin İnsan və cəmiyyət elmləri fakültəsinin Tarix bölümünün müdiri professor İbrahim Tellioğlu rəhbərlik edir. İşçi qrupunda dosentlər Okay Pekşen və Muhammed Bahadır da yer alıblar.

Azərbaycan tərəfdən layihədə AMEA Folklor İnstitutunun dosenti Aynur İbrahimova və Tarix və Etnologiya İnstitutunun dosenti İradə Məmmədova iştirak edirlər.

Aynur İbrahimova bildirib ki, layihə yalnız qədim izlərin təsbiti ilə kifayətlənməyəcək, həm də “İki dövlət - bir millət” ideyasının tarixi və mədəni əsaslarının sübutlarla təsdiqinə xidmət edəcək. Tədqiqat nəticələrinin beynəlxalq elmi nəşrlərdə dərc olunması, elmi konfrans və simpoziumlarda təqdim olunması planlaşdırılır.

AMEA və TÜBİTAK-ın birgə elan etdiyi müsabiqəyə ümumilikdə 20 layihə təqdim olunub, onlardan 4-ü qəbul edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:46
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 İyul 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri