Icma.az
close
up
RU
AMEA prezidenti: “Zəngəzurnamə” layihəsi Azərbaycan elminin və mədəniyyətinin inkişafına töhfə verəcək

AMEA prezidenti: “Zəngəzurnamə” layihəsi Azərbaycan elminin və mədəniyyətinin inkişafına töhfə verəcək

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 6 oktyabr, AZƏRTAC

İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdən sonra sülh müqaviləsinin imzalanması və Zəngəzur dəhlizinin açılması regionda sülh və sabitliyin möhkəmlənməsinə mühüm töhfə verəcək. Dövlətimizin başçısının uzaqgörən siyasəti və qətiyyətli iradəsi nəticəsində reallaşan Zəngəzur dəhlizi layihəsi ölkəmizin Avropa ilə Asiya arasında daha səmərəli və etibarlı nəqliyyat əlaqələri qurmasına imkan yaradacaq. Bu layihə təkcə regional deyil, həm də beynəlxalq miqyasda böyük siyasi və iqtisadi önəm kəsb edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində təşkil olunan “Akademiyanın Zəngəzurnaməsi: folklor toplamalarından akademik tədqiqatlaradək” adlı tədbirdə çıxışı zamanı səsləndirib. O, uzun illər ərzində Zəngəzurun əsasən tarixi mənbələr əsasında öyrənildiyini, bu gün isə Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və tədqiqat işlərinin həyata keçirildiyini söyləyib, AMEA-nın müvafiq qurumlarının bu prosesdə fəal iştirak etdiklərini vurğulayıb.

Akademik İsa Həbibbəyli bildirib ki, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu tərəfindən həmin ərazilərdə geniş arxeoloji tədqiqatlar aparılıb, Folklor İnstitutu tərəfindən Qarabağdan toplanmış folklor örnəkləri əsasında çoxcildlik nəşr hazırlanıb, Tarix və Etnologiya İnstitutu mövcud tarixi mənbələr və arxiv sənədləri əsasında müxtəlif elmi əsərlər təqdim edib, bir sıra nəşrləri tərcümə edərək elmi ictimaiyyətə çatdırıb. Dilçilik İnstitutu isə “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”nı hazırlayıb.

AMEA-nın digər institutlarında da öz fəaliyyət istiqamətlərinə uyğun olaraq Zəngəzurla bağlı elmi tədqiqatların aparıldığını deyən akademik İsa Həbibbəyli vurğulayıb ki, AMEA “Heydər Əliyevnamə” və “Qarabağnamə” layihələri kimi, “Zəngəzurnamə” layihəsi çərçivəsində də geniş tədqiqat materiallarını Azərbaycan cəmiyyətinə təqdim etməklə humanitar və ictimai sahədə müstəqil dövlət ideallarına sədaqətlə xidmət missiyasını uğurla həyata keçirir. O, Zəngəzur mövzusuna həsr olunmuş nəşrlər haqqında məlumat verərək, təqdim edilən hər bir kitabın elmi baxımdan dəyərli, məzmun baxımından zəngin olduğunu söyləyib. Qeyd edib ki, “Akademiyanın Zəngəzurnaməsi: folklor toplamalarından akademik tədqiqatlaradək” adlı tədbirdə AMEA tərəfindən Zəngəzurla bağlı 56 kitab təqdim olunur. Bu nəşrlər Qarabağ, Qərbi Azərbaycan və Zəngəzurla bağlı tarixi, folklor və mədəni irsi əks etdirən, bölgənin həqiqi tarixini elmi əsaslarla üzə çıxaran mühüm tədqiqat əsərləridir.

AMEA-nın prezidenti “Qarabağnamə” layihəsindən sonra, “Zəngəzurnamə” layihəsinin də Azərbaycan elminin və mədəniyyətinin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Alimin fikrincə, bu gün təqdim edilən 56 kitab Prezident İlham Əliyevin Zəngəzurun inkişafı istiqamətində həyata keçirdiyi siyasətə AMEA-nın və ümumilikdə, Azərbaycan elminin dəstəyini ifadə edir. O, yaxın zamanlarda Zəngəzur mövzusuna həsr olunmuş 100 kitabın təqdimatının keçiriləcəyini qeyd edib, bu istiqamətdə AMEA-da elmi tədqiqatların ardıcıl şəkildə davam etdirildiyini və işlərin planlı surətdə həyata keçirildiyini diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində AMEA-nın bir sıra elmi müəssisələrinin Mərakeş Milli Kitabxanası ilə əməkdaşlıq memorandumu imzaladığını xatırladaraq, bu təşəbbüsün beynəlxalq elmi əlaqələrin genişlənməsinə xidmət etdiyini qeyd edib.

AMEA rəhbəri XI Bakı Beynəlxalq Kitab Sərgisinin elm, ədəbiyyat və ictimai fikir nümayəndələrini bir araya gətirən mühüm platforma rolunu oynadığını vurğulayıb, kitab müəlliflərinə yeni yaradıcılıq uğurları arzulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Oktyabr 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri