Icma.az
close
up
RU
Çində beynəlxalq konfransda “Dünya sinologiyasında Azərbaycan izi” mövzusunda məruzə dinlənilib AZƏRTAC

Çində beynəlxalq konfransda “Dünya sinologiyasında Azərbaycan izi” mövzusunda məruzə dinlənilib AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 25 noyabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) müəllimləri Çində “Qloballaşma kontekstində mədəniyyətlərarası təhsil” mövzusunda keçirilən II beynəlxalq elmi konfransa onlayn qoşulublar. Konfrans Çinin Huçjou Universitetinin Multikultural Araşdırmalar Mərkəzi və ADU-nun Konfutsi İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib.

Konfutsi İnstitutundan AZƏRTAC-a bildirilib ki, açılışda çıxış edən Huçjou Universitetinin prorektoru Li Jinfen, Xarici əlaqələr departamentinin rəhbəri Jin Meylan və Çin tərəfdən ADU-nun Konfutsi İnstitutunun direktoru Li Jihua müasir informasiya cəmiyyətində və beynəlxalq əməkdaşlığın inkişafında mədəniyyətlərarası əlaqələrin, təhsil və təlim prosesində multikulturalizmin və xarici dillərin tədrisində linqvokulturoloji yanaşmanın əhəmiyyətindən danışıblar.

Plenar iclasda “Dünya sinologiyasında Azərbaycan izi” mövzusunda məruzə ilə çıxış edən ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycan-Çin əlaqələrinin tarixindən danışıb. O, iştirakçıları Çinin “Bir kəmər, bir yol” qlobal layihəsinin həyata keçirilməsi, Çində türk sivilizasiyasının öyrənilməsi və yaşıl iqtisadiyyat sahəsində Azərbaycan-Çin əməkdaşlığı kimi istiqamətlərdə Konfutsi İnstitutunun elmi fəaliyyəti ilə tanış edib.

R.Abbasov Nizami Gəncəvinin “Xəmsə”sindəki epizodlarda Çin obrazının bədii təcəssümünün regionşünaslıq aspekti, həmçinin qədim uyğurların tarixini tədqiq etmiş görkəmli şərqşünas alim Mirzə Kazım bəyin fəaliyyəti, onun təşəbbüsü ilə 1837-ci ildə Kazan Universitetində Çin bölməsinin açılması haqqında danışıb. Bundan əlavə o, “Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”də Çin və Azərbaycan dillərinin tədrisinin stimullaşdırılması, eləcə də Konfutsi institutlarının inkişafına dəstəyin zəruriliyinin vurğulandığını qeyd edib.

Konfrans çərçivəsində mədəniyyətlərarası təhsilin nəzəri-metodoloji əsasları və tarixi-tipoloji təhlili, səmərəli modellərinin yaradılması, elmi-tədris və metodiki təminatın işlənib-hazırlanması, humanitar elmlərin problemləri və mədəniyyətlərarası ölçüdə ictimai inkişaf məsələləri müzakirə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Noyabr 2024 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri