Icma.az
close
up
RU
Amerika artıq başqalarının təhlükəsizliyinə pul xərcləmək istəmir Tofiq Abbasov

Amerika artıq başqalarının təhlükəsizliyinə pul xərcləmək istəmir Tofiq Abbasov

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident Donald Tramp ABŞ-nin artıq ölkənin maraqlarına xidmət etməyən 66 beynəlxalq təşkilatdan çıxması barədə fərman imzalayıb. Sərəncamla ABŞ-nin bütün federal qurumları 31 BMT strukturu və 35 qeyri-BMT strukturunun işində iştirakını və maliyyələşdirilməsini dayandıracaq.

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Tofiq Abbasov bildirdi ki, hazırda dünyada fəaliyyət göstərən əksər beynəlxalq təşkilatlar İkinci Dünya müharibəsindən sonra Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə yaradılıb:

"Onlar da elə-belə, yəni altruist niyyətlə, digər xalqlara sevgi və ya hörmət bəslədiklərinə görə yaradılmayıb. Amerika Birləşmiş Ştatları İkinci Dünya müharibəsindən sonrakı dövrdə onlar özlərini həm də qalib elan ediblər, dünya hökmranlığı ilə bağlı iddiaları məhz bu təşkilatların yaradılması ilə üzə çıxıb. Məsələn, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Bank, Beynəlxalq Valyuta Fondu - bunların hamısı Amerika Birləşmiş Ştatlarının öz layihələridir. Bu qurumların əsas qayəsi ondan ibarət idi ki, dünyada hökmranlıq mexanizmləri qeyd-şərtsiz işləsin və Amerikanın maraqlarını təmin etsin. Hələ Millətlər Liqası mövcud olduğu dövrdə, yəni İkinci Dünya müharibəsindən əvvəl Amerika Birləşmiş Ştatları bu qurumun üzvü deyildi. Müharibədən sonra isə BMT məsələsi ortaya çıxdı və Amerika Birləşmiş Ştatları, necə deyərlər, öz sözünü dedi və bu təşkilatın ABŞ ərazisində yerləşdirilməsinə nail oldu. Eyni zamanda bu təşkilatlarda aparıcı rol oynamağın onun üçün maliyyə məsuliyyəti daşıdığını da anlayırdı. Təsadüfi deyil ki, uzun illər ərzində BMT-yə ən böyük maliyyə dəstəyini məhz ABŞ hökuməti verib. Lakin indi bu, artıq belə deyil".

Müsahibimizin sözlərinə görə, Donald Tramp anlayır ki, hegemon olmaq bəlkə də şərəfli görünə bilər, lakin bunun arxasında ciddi maliyyə xərcləri dayanır:

"Yəni bütün dünyaya nəzarət edən, rəhbərlik edən və diktə edən mövqedə olmaq həm də böyük borc və xərc yükü deməkdir. Məsələn, NATO məsələsində o açıq şəkildə bildirdi ki, alyansın əsas maliyyə yükünü ABŞ daşıyır və təxminən 30 ölkə onun təhlükəsizlik çətiri altında yaşayır. Tramp hesab edir ki, digər ölkələr öz təhlükəsizliklərini özləri təmin etməlidirlər. Məhz buna görə də onun təkidi ilə NATO üzvlərindən hərbi xərclərin milli büdcənin 5 faizi səviyyəsində artırılması tələb olunur. Hazırda bəzi ölkələr 2-3 faiz ödəsə də, 5 faizi ödəyən hələ yoxdur. Bu baxımdan, Amerika Birləşmiş Ştatları Donald Tramp dövründə xərcləri azaltmaq yolunu seçib. O başa düşür ki, hegemonluq ona maddi baxımdan çox baha başa gəlir və buna görə də bir sıra beynəlxalq təşkilatlardan çıxmaqla maliyyə qənaətinə başlayır. Bu gün artıq BMT-nin özü də əvvəlki təsir gücünü itirib. Onun qərarları əvvəlki kimi ciddiyə alınmır və təşkilat daha çox formal fəaliyyət göstərir. Buna görə də ABŞ-nin bu təşkilatlardan çıxmasının əsas səbəbi də məhz budur. Vaxtilə 80 il qüvvədə olan dünya nizamının artıq çökməyə başladığı və yeni bir düzənin formalaşdırılması istiqamətində axtarışların getdiyi aydın görünür. Hətta Alyaskada Tramp və Putin arasında keçirilən görüşdə də əsas müzakirə mövzusu Ukrayna deyil, dünyanın bölgüsü məsələsi olub. Donald Tramp eyni zamanda ABŞ-nin 1823-cü ildə beşinci prezident Ceyms Monronun irəli sürdüyü Monro doktrinasını yenidən gündəmə gətirib. Bu doktrinanın əsas məğzi ondan ibarət idi ki, ABŞ Avropanın işlərinə qarışmır, Avropa isə Amerikanın daxili proseslərinə müdaxilə etmir və Qərb yarımkürəsində nəzarət ABŞ-nin əlində qalır".

Politoloq nəzərə çatdırdı ki, hazırda İsrailin Baş naziri Benyamin Netanyahu ikiəlli şəkildə Trampdan dəstək istəyir və onu tək buraxmamasını xahiş edir:

"Çünki İsrail İran təhlükəsindən ehtiyatlanır. Lakin Tramp Yaxın Şərqdən çəkilməyə çalışır və orada qalmağın ona baha başa gəldiyini düşünür. Bütün bunların fonunda Amerika Birləşmiş Ştatları öz xərclərini azaltmaq və 30 trilyon dollardan artıq olan dövlət borcunun yükünü yüngülləşdirmək üçün beynəlxalq öhdəliklərini minimuma endirməyə çalışır. Bununla yanaşı, Şimali və Cənubi Amerika, Qrenlandiya, Kanada və digər regionlar üzərində nəzarəti öz əlində saxlamağı hədəfləyir".

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Yanvar 2026 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see755

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri