Icma.az
close
up
RU
Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycandakı tolerantlığı müsbət dəyərləndirib

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycandakı tolerantlığı müsbət dəyərləndirib

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri, eyni zamanda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ-də təsisçi icraçı direktoru Janna Skot ilə görüşüb. Bu barədə SİA-ya Dini Komitədən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Prezident İlham Əliyevin tolerantlıq ənənələrinin və multikultural dəyərlərin inkişafına xüsusi diqqət göstərdiyini vurğulayan Komitə sədri Azərbaycanda dövlət-din münasibətlərinin möhkəm təməllərə əsaslandığını bildirib.

Qeyd olunub ki, fərqli mədəniyyətlərə mənsub insanların bir arada yaşamaları, özlərini sosial həyatın bir hissəsi kimi hiss etmələri cəmiyyətin daha inklüziv, dinamik olmasına kömək edir.

R.Məmmədov deyib ki, Azərbaycan bu prinsipə xüsusi önəm verir. Bu mənada cəmiyyətin həyat tərzi kimi qəbul etdiyi multikulturalizm, dinlərarası harmoniyanın təşviqi dövlət siyasətinin prioritet istiqamətidir.

Qonağa Azərbaycanda tolerantlıq sahəsində görülən işlər və həyata keçirilən layihələr barədə məlumat verilib.

Janna Skot mədəniyyətlərarası əlaqələrin yerli və qlobal səviyyədə müxtəlif aspektlərdə inkişaf etdirilməsinin əsas məqsədinin fərqli mədəniyyətlər arasında müsbət münasibətlər qurmaq, sosial əlaqələri gücləndirmək və insan hüquqları ilə bağlı anlayışları genişləndirmək olduğunu deyib.

Azərbaycanda müxtəlif mədəniyyət və din mənsublarının harmonik və sülh şəraitində yaşamalarını, ölkədəki multikulturalizm mühitinin mütərəqqi bir modeli kimi təbliği istiqamətində görülən işləri müsbət dəyərləndirib.

Görüşdə gələcək layihələr barədə müzakirələr aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Dekabr 2024 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see348

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see248

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see215

Sinəsi ilə penaltini qaytarandan sonra öldü

05 Sentyabr 2025 01:25see179

Ölümcül xəstəliyin çarəsi

03 Sentyabr 2025 23:31see153

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see144

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see140

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see139

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see136

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see134

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see128

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see126

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see126

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see122

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see121

Analitik Mərkəz: “İran rejimi son dəqiqələrini oynayır”

04 Sentyabr 2025 11:16see121

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see121

İşıqlar sönəndə sadəcə bunu sınayın

04 Sentyabr 2025 23:05see117

Fənərbaxça ya İtaliyanın keçmiş baş məşqçisi gətirilə bilər

05 Sentyabr 2025 01:16see117

“Azərbaycan millisi İslandiya mətbuatının diqqətindədir” VİDEO

04 Sentyabr 2025 21:11see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri