Icma.az
close
up
RU
Amerika Rusiya danışıqlarında növbəti raundun İstanbulda keçirilməsi Türkiyənin aktivinə yazılacaq

Amerika Rusiya danışıqlarında növbəti raundun İstanbulda keçirilməsi Türkiyənin aktivinə yazılacaq

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında iki ölkənin səfirliklərinin işinin bərpası məsələsi ilə bağlı danışıqlar başlayıb. Rusiya və Amerika diplomatları arasında görüş barədə bir gün əvvəl xarici işlər naziri Sergey Lavrov məlumat verib. Nazirin sözlərinə görə, danışıqların mövzusu iki ölkənin səfirliklərinin işi olacaq. Danışıqlar ABŞ-ın baş konsulunun Boğaziçi sahilindəki Arnavutköy rayonundakı iqamətgahında keçirilir. Rusiya və Amerika tərəflərinin müzakirə etməyi planlaşdırdıqları məsələlər arasında kadrların sayı və vizaların rəsmiləşdirilməsi, həmçinin diplomatların işi üçün zəruri olan bank əməliyyatları da var. Türkiyədə keçirilən görüşdən əvvəl Moskva və Vaşinqton arasında iki ilkin texniki təmas baş tutub. Tərəflər fevralın 18-də Ər-Riyadda baş tutan danışıqlar zamanı diplomatik nümayəndəliklərinin əməkdaşlarının bərpasının zəruriliyi barədə razılığa gəliblər. Xüsusilə, Sergey Lavrovun bildirdiyi kimi, Rusiya və ABŞ Moskva və Vaşinqtonda səfirlərin mümkün qədər tez təyin olunmasını təmin etmək barədə razılığa gəliblər. Bu görüşün Türkiyədə keçirilməsi əslində Türkiyənin nüfuzundan xəbər verir...

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Amerika-Rusiya danışıqlarında növbəti raundun İstanbulda keçirilməsi Türkiyənin aktivinə yazılacaq: “Türkiyə ümumiyyətlə, uzun müddətdən bəri belə beynəlxalq səviyyəli danışıqların və toplantıların keçirildiyi bir məkan kimi də özünü təsdiq edib. Eyni zamanda Türkiyənin Rusiya-Ukrayna savaşında ilk gündən bəri tutduğu prinsipial mövqe və vasitəçilik cəhdləri Türkiyəyə belə bir imkan tanıyıb. Türkiyə bu savaş dönəmində Rusiyaya qarşı sanksiyalara qoşulmayan, eyni zamanda Ukraynanın ərazi bütövlüyünü birmənalı dəstəkləyən ölkə kimi bu proseslərə öz töhfəsini verib. Tərəfləri üç il öncə İstanbulda bir araya gətirib, müəyyən bir mətn üzərində razılaşma da əldə olunub. Bununla yanaşı Türkiyə taxıl sazişinin həyata keçirilməsində ən mühüm rol oynayan bir ölkədir.

Oqtay Qasımov

“Şübhəsiz ki, Türkiyənin son 10 ildə beynəlxalq səviyyədə artan nüfuzu və beynəlxalq hüquqa həm də sayğı göstərməsi, regionun lider dövləti konumuna gəlməsi bütün bunlara əsas verir. Türkiyənin həm NATO ölkəsi olaraq Amerika ilə münasibətləri normal səviyyədədir, Rusiya ilə qeyd etdiyimiz kimi əməkdaşlıq davam etməkdədir və tərəflər arasında bir çox məqamlarda ziddiyyətlər olmasına baxmayaraq, hər halda onlar münasibətlərin inkişaf etdirilməsi üçün müəyyən bir təmas nöqtələri də taparaq bunu irəlilədirlər. Bu baxımdan Türkiyənin qlobal aktor durumuna gəlməsinin tarixi təxminən 10 il əvvəlki dövrlərə təsadüf edir”-deyə politoloq qeyd edib.

“Türkiyə uzun müddətdən bəri regional dövlət rolunda çıxış etsə də, son 15 ildə Türkiyənin qlobal proseslərə aktiv müdaxiləsi öz bölgəsində, regionda aktiv siyasət yürütməsi, o cümlədən Ukrayna-Rusiya savaşındakı tutduğu aktiv və neytral mövqe, Suriyada baş verən proseslərdə oynadığı rol, bütün bunların hamısı Türkiyənin artan rolunun bir göstəricisidir”-deyən politoloq bildirib ki, son beş ildə Türkiyənin Cənubi Qafqazdakı aktiv rolu və Azərbaycan ərazilərinin işğaldan azad olunmasında Türkiyənin siyasi qətiyyəti və mövqeyi Türkiyəyə beynəlxalq səviyyədə nüfuz qazandırıb.

“Türkiyə son 15-20 ildə sürətlə inkişaf edən iqtisadiyyatı, o cümlədən xüsusilə də hərbi sənayenin ciddi şəkildə inkişaf etməsi və müdafiə sənayesi sahəsində Türkiyə dünyanın ilk onluğuna girməsi də Türkiyənin nüfuzunu artıran məqamlardandır”-deyə Oqtay Qasımov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Fevral 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see219

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see187

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see153

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri