Icma.az
close
up
RU
Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasında Azəriqaz ın ortaya qoyduğu məsuliyyətli fəaliyyət

Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasında Azəriqaz ın ortaya qoyduğu məsuliyyətli fəaliyyət

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


2020-ci ildə Müzəffər Ali Baş Komandan və onun rəhbəri olduğu güclü ordumuz hesabına 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunmasından sonra qarşıda duran vəzifə ermənilərin viran qoyduğu dədə-baba torpaqlarımızın yenidən qurulması, infrastrukturun yenilənməsi idi. Mübaliğəsiz şəkildə deyə bilərik ki, ötən 5 il ərzində bu istiqamətdə çox geniş masştablı işlər görülüb, dövlətin hər bir qurumu Qarabağ və Şərqi Zəngəzura yenidən həyatın qayıtması üçün üzərilərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlib. Məhz ayrı-ayrı qurumların işə məsuliyyətlə yanaşması və təxirəsalınmaz tədbirlər həyata keçirməsinin məntiqi nəticəsidir ki, azad olunmuş ərazilərə Böyük Qayıdış prosesi daha sürətli şəkildə həyata keçirilir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda yeni-yeni yaşayış kompleksləri, kəndlər, yaşayış binaları salınır ki, bu da həmin torpaqların ata-baba sakinləri tərəfindən razılıqla qarşılanır. Onu da qeyd etmək yerinə düşər ki, təkcə yeni yaşayış binaları inşa etmək, kəndlər salmaq, nəticə etibarilə məcburi köçkünləri öz doğma yurdlarına qaytarmaqla işlər bitmir.
Dövlətin Böyük Qayıdış Proqramı çərçivəsində azad olunmuş ərazilərə köç prosesi mərhələlərlə davam edir. Paralel olaraq həmin yaşayış məntəqələrində kommunal xidmətlər də ən yüksək səviyyədə təşkil olunur ki, vətəndaşlarımız bu xidmətlərdən əziyyət çəkməsinlər. Köçürülən ailələrin rahat məskunlaşması üçün əsas şərtlərdən biri onların fasiləsiz və təhlükəsiz qaz təchizatı ilə təmin olunmasıdır. Bu istiqamətdə hər bir dövlət qurumu kimi SOCAR-ın “Azərqaz” İstehsalat Birliyi də üzərinə düşən vəzifəsini layiqincə yerinə yetirir, azad edilmiş ərazilərin təbii qazla təminatı istiqamətində lazımı tədbirlər həyata keçirir.
Nəzərə almaq lazımdır ki, Qarabağ və Şərqi Zəngəzurun enerji təminatı — xüsusilə təbii qaz infrastrukturunun qurulması bu prosesin əsas sütunlarından biridir. Bu baxımdan “Azəriqaz” İstehsalat Birliyinin fəaliyyəti regionun sosial-iqtisadi dirçəlişinə hədəflənmiş layihələrin həyata keçirilməsində xüsusi əhəmiyyət kəsb edir. Həm çətin relief şəraiti, həm də qaz infrastrukturunun sıfırdan bərpası sözün həqiqi mənasında “Azərqaz” İB-in işini bir xeyli çətinləşdirir. Ancaq buna baxmayaraq İstehsalat Birliyi qarşısına qoyduğu məqsəd və vəzifələri yüksək səviyyədə icra etməklə Qarabağ və Şərqi Zəngəzurun qazlaşdırılması prosesini uğurla davam etdirir.
Heç kimə sir deyil ki, illərlə işğal altında qalmış ərazilərdə demək olar ki, bütün kommunal şəbəkə, o cümlədən qaz infrastrukturu tamamilə məhv edilmişdi. Bu səbəbdən bərpa prosesi yalnız mövcud sistemin təmiri deyil, tamamilə yeni qaz təchizatı şəbəkəsinin qurulması ilə müşayiət olunur. “Azəriqaz” bu istiqamətdə yeni magistral və paylayıcı qaz xətlərinin çəkilməsi, qaz tənzimləyici məntəqələrin (QTM) qurulması,
müasir təhlükəsizlik standartlarına uyğun avadanlıqların quraşdırılması
kimi mühüm işləri həyata keçirir.
Yaradılan infrastruktur və yüksək səviyyədə görülən işlər Qarabağ və Şərqi Zəngəzurun uzunmüddətli enerji təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayır.
Ötən müddət ərzində Qarabağ və Şərqi Zəngəzurun qazlaşdırılması istiqamətində görülən işlərə nəzər salsaq görərik ki, “Azəriqaz” İstehsalat Birliyi bu vaxta qədər Zəngilanın Ağalı kəndi, Füzuli, Şuşa, Laçın şəhərləri, Ağdam və digər yaşayış məntəqələri üçün fərdi və mərkəzləşdirilmiş qaz sistemləri qurub. Azad olunan ərazilərdə tətbiq edilən “smart city” və “smart village” konsepsiyaları enerji sistemlərinin də müasir texnologiyalar əsasında qurulmasını tələb edir. “Azəriqaz” bu layihələr çərçivəsində rəqəmsal monitorinq sistemləri, məsafədən idarə edilə bilən avadanlıqlar, qaz itkilərini minimuma endirən texniki həllər quraşdırır. Bu yanaşma həm təhlükəsizlik səviyyəsini artırır, həm də bölgənin müasir urbanizasiya modelinə uyğun inkişafına şərait yaradır.
Təkcə yaşayış obyektləri deyil, eyni zamanda qeyri-yaşayış sahələri, təhsil və səhiyyə ocaqları da təbii qazla təmin olunub. Sosial obyektlərin məktəb, xəstəxana, idarəetmə binaları və digər xidmət sahələrinin qazlaşdırılması bölgədə həyatın normallaşmasına mühüm töhfə verir. Bu mənada Xocalı şəhərinin Ballıca kəndindəki məktıb binasının təbii qazla təmin olunması xüsusi əhəmiyyət kəsb edir.
“Azəriqaz” İB Qarabağ və Şərqi Zəngəzurda sənaye və iqtisadi zonalarının qazlaşdırılması prosesini də diqqətdən kənarda qoymur. Danılmaz faktdır ki, Qarabağ və Şərqi Zəngəzurun inkişaf konsepsiyasında sənayenin dirçəlişi xüsusi prioritetdir. Bu məqsədlə yaradılan Ağdam Sənaye Parkı, Araz Vadisi İqtisadi Zonası, müxtəlif aqro-sənaye və logistika mərkəzləri güclü enerji təminatı olmadan fəaliyyət göstərə bilməz. Bütün bunları nəzərə alan “Azəriqaz” burada müəssisələrin istehsal gücünə uyğun qaz xəttləri çəkir, yüksək təzyiqli müasir sistemlər quraşdırır və böyük investisiyalar üçün zəruri infrastrukturu formalaşdırır. Bu, regionun iqtisadi cəlbediciliyinin yüksəlməsinə və qeyri-neft sektorunun inkişafına mühüm təsir göstərir.
Ekoloji problemlərə hər zaman xüsusi diqqət ayıran “Azəriqaz” İB Qarabağ və Şərqi Zəngəzurda da bu sahəni prioritet hesab edərək qeyd edilən istiqamətdə müvafiq addımlar atır. Belə ki, Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji zonası” elan edildiyi üçün burada qurulan qaz infrastrukturu da ekoloji standartlara uyğunlaşdırılır. Bu mənada “Azəriqaz” enerji səmərəliliyini artıran texnoloji avadanlıqlardan istifadə edir, atmosfer emissiyalarını azaldan həllər tətbiq edir, təhlükəli sızmaların qarşısını alan sensor və monitorinq sistemlərini genişləndirir. Bir sözlə bu, bölgənin ekoloji təmiz enerji strategiyasına uyğunlaşmasını təmin edir.
Göründüyü kimi “Azəriqaz” İstehsalat Birliyinin Qarabağ və Şərqi Zəngəzurda fəaliyyəti regionun enerji təminatında strateji rol oynayır. Şirkət tərəfindən həyata keçirilən layihələr əhalinin təhlükəsiz yaşayışı, sənaye obyektlərinin fəaliyyətə başlaması, iqtisadi inkişafın sürətlənməsi və bölgənin müasir standartlara uyğun yenidən formalaşması üçün baza yaradır. Beləliklə, “Azəriqaz” Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinin həm sosial, həm də iqtisadi tərəflərinin reallaşmasında vacib bir halqa kimi çıxış edir və bölgənin inteqrasiyasını təmin edən əsas infrastruktur qurumlarından biri kimi mühüm missiyanı yerinə yetirir.
Süleyman İsmayılbəyli
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 24 Yanvar 2026 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri