Amerikalılar Bakıdakı Dünya kubokuna ciddi hazırlaşırlar
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Gimnastika Federasiyası komandanın Bakıya qarşıdakı səfərə hazırlığından danışıb.
İdman.biz xəbər verir ki, idmançılar fevralın 22-23-də Milli Gimnastika Arenasında keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya kubokuna hazırlaşırlar.
Məlumatda batutçuların Kolorado Sprinqsə - Olimpiya Mərkəzindəki əsas komandanın düşərgəsində məşq etdikləri, Bakıda keçiriləcək Dünya kuboku və "Winter Classic" turniri üçün hərəkətlər hazırladıqları bildirilir.
ABŞ Dünya kubokunda ən böyük komandalardan biri olacaq. Azərbaycana 16 amerikalı idmançı gələcək. Onlardan səkkizi batut proqramında, səkkizi isə tamblinqdə çıxış edəcək. Onların arasında Pol Bretçer, Trevor Harder, Şelbi Nobuhara və başqaları var.
Qeyd edək ki, Dünya kubokunda 15 ölkədən idmançılar iştirak edəcək.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 08 Fevral 2025 10:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















