Rusiya Xarkovda uşaq bağçasına dronla zərbə endirib, ölən və yaralananlar var YENİLƏNİB FOTO VİDEO
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Rusiyanın ötən gecə Xarkovda uşaq bağçasına hücumu nəticəsində 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X”da bildirib.
Onun sözlərinə görə, bütün uşaqlar təxliyə edilib və hazırda sığınacaqlardadırlar.
"Bağçaya dron hücumu təşkil etmək üçün heç bir bəhanə yoxdur, heç ola da bilməz", - Zelenski vurğulayıb.
***
12:53
Xarkovun Xolodnogorsk rayonuna PUA zərbəsi nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.
APA xəbər verir ki, bu barədə Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.
Məlumata görə, hücum zamanı həmçinin uşaq bağçasında yanğın başlayıb və uşaqların təxliyəsi davam edir.
Xarkov meri İqor Terehov da özünün “Telegram” kanalında hücumun Xolodnogorsk rayonundakı özəl uşaq bağçasına edildiyini bildirib. Daha sonra o, bütün uşaqların bağçadan təhlükəsiz şəkildə çıxarıldığını və yanğının hələ də davam etdiyini qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 22 Oktyabr 2025 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















