Icma.az
close
up
RU
Azərbaycan Ermənistan danışıqları: Rusiyasız masa və Amerikanın “sülh təşəbbüsü”

Azərbaycan Ermənistan danışıqları: Rusiyasız masa və Amerikanın “sülh təşəbbüsü”

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Cənubi Qafqazda son illərin ən mühüm siyasi hadisələrindən biri baş verəcək: Ermənistan və Azərbaycan liderlərinin Rusiyasız, Amerikanın təşəbbüsü ilə bir masa arxasında əyləşməsi. Bu isə Moskva üçün ciddi siqnal deməkdir. Çünki Ermənistan-Azərbaycan münaqişəsi illərlə Kremlin “xarici nizamlayıcı” rolu ilə idarə olunub. İndi isə həmin masa ABŞ-ın vasitəçiliyi ilə qurulur və bu dəfə “sülh göyərçini” kimi səhnədə Vaşinqton var.

Əgər belədirsə, məqsəd nədir? Tramp üçün bu lokal bir məsələ niyə əhəmiyyət daşıyır? ABŞ üçün Cənubi Qafqazda “sülh” imici yaratmaq geosiyasi imtiyazlardan xəbər verir. Söhbət təkcə Azərbaycan-Ermənistan münasibətlərindən deyil, bütövlükdə Rusiya-Ukrayna müharibəsinə paralel aparılan yeni “bölgə arxitekturası”ndan gedir. Tramp sanki özünü sülhün simvoluna çevirmək istəyir. Bəlkə də bu, ona Nobel Sülh Mükafatının yolunu açacaq.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Elman Vəliyev bildirib ki, uzun illərdir ki, Cənubi Qafqazdakı münaqişələrin əsas təsir gücü kimi çıxış edən Moskva bu dəfə masa arxasında olmayacaq. Bu isə suallar doğurur: belə bir formatın geosiyasi mənası nədir və ABŞ bu prosesi niyə bu qədər önə çəkir?

"Burada əsas sual ortaya çıxır: ABŞ üçün bu lokal məsələ hansı maraqlar kəsb edir? Cavab sadədir – ABŞ üçün bu, sadəcə “lokal məsələ” deyil. Vaşinqton bu vasitəçilik missiyası ilə beynəlxalq arenada "sülh yaradan güc" imici formalaşdırmağa çalışır. Xüsusilə də Donald Tramp kimi siyasi fiqurun bu formatın önünə çıxması, onun "sülh adamı" kimi qələmə verilməsinin bir hissəsi sayıla bilər. Belə bir uğur, hətta onun Nobel Sülh Mükafatına namizədliyini gündəmə gətirə bilər".

Elman Vəliyev: Türkiyənin tərəflər üçün ortaq zəmanətçi dövlət kimi çıxış etməsi real görünür

Onun sözlərinə görə, Rusiyanın zəiflədiyi bir dövrdə ABŞ-NATO alyansının bölgədə aktivləşməsi, xüsusilə Zəngəzur dəhlizi kimi strateji əhəmiyyətli məkanlarda nəzarətin əldə edilməsi Vaşinqtonun prioritetləri sırasındadır. Bu isə artıq Rusiya üçün sadəcə diplomatik narahatlıq deyil, birbaşa təhlükəsizlik məsələsidir.

"Əgər  Ermənistan ilə Azərbaycan ABŞ vasitəçiliyi ilə razılığa gəlsələr, bu, Moskva üçün ciddi geosiyasi itki anlamına gələcək. Belə bir vəziyyətdə Kreml daxili və xarici müdaxilə mexanizmlərini işə sala bilər. Regional sabitliyin pozulması, Ermənistan və Azərbaycanda müxtəlif təxribatlar, ictimai narazılıqların alovlandırılması, hətta çevriliş cəhdləri istisna deyil. Rusiya bu cür strateji ərazidə mövqelərinin zəifləməsinə göz yuma bilməz".

Sonda konfliktoloq diqqətə çatdırıb ki, belə bir sülh formatında üçüncü neytral və hər iki tərəfə yaxın olan aktorun iştirakı zəruridir. Bu baxımdan, Türkiyənin tərəflər üçün ortaq zəmanətçi dövlət kimi çıxış etməsi real görünür. 

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:50
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 Avqust 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri