Icma.az
close
up
RU
Amerikaya axan “insan seli” FOTOLAR

Amerikaya axan “insan seli” FOTOLAR

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın “bütün qaçqınları geri göndərmək planı” səbəbindən Meksika ərazisindən ABŞ-a insan miqrasiyası kritik mərhələdədir. 

“Cebheinfo.az” xəbər verir ki, Tramp yanvarın 20-də vəzifəyə başlamazdan əvvəl ABŞ-a daxil olmaq istəyən sığınacaq axtaranlar sərhədə axışırdı. 

Meksika administrasiyası 5200 qaçqını həbs etdiyini açıqlasa da, sərhədə miqrasiya artmaqda davam edir.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın vədlərinə baxmayaraq, minlərlə insan Meksika sərhədini keçməkdə davam edir.

Təxminən 1 500 nəfərdən ibarət beşinci miqrant karvanı bu həftə Meksikanın cənub sərhədindən, Tapachula, Chiapasdan yola düşdü. Bu karvanın da məqsədi əvvəlkilər kimi insanları mümkün qədər şimala aparmaqdır.

Hamı qorxur ki, yeni seçilmiş prezident sərhədi bağlayacaq və sənədsiz insanların kütləvi surətdə deportasiyası ilə bağlı verdiyi sözə əməl edəcək.

Bununla belə, son həftələrdə Meksika hakimiyyət orqanları bu insan qruplarını dağıtmaq üçün tədbirlərini artırıb.

Meksika rəhbərliyi ölkə daxilində 5200-dən çox immiqrantı saxladıqlarını və ölkənin yeni ABŞ hökumətinin ABŞ-Meksika sərhədinə gələnlərin qarşısını almaq üçün təzyiq altında olduğu bir vaxtda böyük bir yoxlama apardıqlarını açıqlayıb.

Prezident Klaudiya Şeynbaum Meksika vətəndaşlarının mümkün deportasiyasına hazır olacağına inandırıb.

"Deportasiya baş verərsə, hər hansı bir səbəbdən Amerika Birləşmiş Ştatlarından deportasiya edilən bütün meksikalıları Meksikada qəbul etməyə hazırlaşırıq" deyən Şeynbaum, bu işlərlə məşğul ola biləcək immiqrasiya vəkillərini işə götürmək üçün hazırlıqların görüldüyünü əlavə edib.

Qeyd edək ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ABŞ-də mühacir istəmədiyini bildirib və “tarixin ən böyük geri göndərmə əməliyyatına” başlayacağını açıqlayıb.

Nigar
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Dekabr 2024 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri