Icma.az
close
up
RU
Köhnə layihələri yeniləyib, Amnistiya Aktı qəbul etmək olar QÜDRƏT HƏSƏNQULİYEV

Köhnə layihələri yeniləyib, Amnistiya Aktı qəbul etmək olar QÜDRƏT HƏSƏNQULİYEV

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Gununsesi.info müsahibəni təqdim edir:

– Qüdrət bəy, artıq il ərzində neçənci dəfədir ki, ƏHD partiyası amnistiya aktının qəbul edilməsinin vacibliyi barədə məsələ qaldırır, bu hansı zərurətdən irəli gəlir?

– Bu il biz ərazi bütövlüyümüzün bərpa olunmasının 5-ci ildönümünü qeyd edirik. Bu tarixi qələbənin ildönümü münasibətilə böyük amnistiya elan olunması xalqımız tərəfindən məmnuniyyətlə qəbul olunardı. Amnistiya aktı cəmiyyətimizdə humanizmi və milli birliyimizi gücləndirərdi. Bunu zəruri edən başqa faktorlar da var. Cəmiyyətimizdə hiss olunan sərtlik və aqressiya hakimlərə də sirayət edir. 2024-cü ildə 15885 şəxs məhkum edilibsə, onun 9226-sı barəsində azadlıqdan mərhumetmə ilə əlaqədar cəza təyin olunub. Hakimlər alternativ cəza növlərinin tətbiqinə üstünlük vermirlər. Cinayət Məcəllsənin 76-cı Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, 77-ci Cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, 78-ci Xəstəliyə görə cəzanı çəkməkdən azad etmə kimi normaları təcrübədə çox az hallarda tətbiq olunur. Məhbusların sayına görə Avropada hər 100 min nəfərə düşən median göstərici təqribən 105 nəfərdisə, bizdə bu rəqəm 264-dür. Məsələn, Almaniyada 74, Norveçdə, Finlandiyada, Niderlandda 54 nəfərdir. Bizdə cəzaçəkmə müəssisələrində sıxlıq 102.8 faizdirsə, Almaniyada 80 faizdir. Onu da nəzərə almalıyıq ki, il ərzində bir məhbusun saxlanması ölkəmizdə 7500 manata başa gəlir. Bütün bunlara görə amnistiya aktının qəbulu zərurətə çevrilib.

Amnistiya aktı ilin sonuna qədər qəbul oluna bilərmi?

– Çox az zaman qalıb, amma iqtidar istəsə bu mümkündür. Köhnə layihələr durur. Onlar üzərində kiçik bir iş aparmaq kifayətdir. Ümumiyyətlə, ölkəmizdə əfvetmə və amnistiya haqqında qanun qəbul olunmalıdır. Həmin qanunla ABŞ-də olduğu kimi Prezidentə nəinki məhkum olunmuş şəxsləri, istintaq altında olan, yaxud gələcəkdə cinayət təqibinə məruz qalma ehtimalı olan şəxsləri belə əfv etmək hüququ nəzərdə tutulmalı, əfv olunanların sayına məhdudiyyət qoyulmalıdır.

– Amnistiya aktı həbs olunmalarında siyasi motivlərin olduğu iddia olunan şəxslərə də şamil oluna bilərmi?

– Çox istərdim ki, olsun. Xüsusilə, qadınlara münasibətdə tətbiq olunsun. Bu birliyimizi gücləndirər, ölkəmizin beynəlxalq nüfuzunu artırardı. Azərbaycana qarşı qarayaxma kampaniyası aparanların arqumentlərini də əllərindən alardı. Onların çoxu cəzalarının bir hissəsini çəkib və ümid edirəm əksəriyyəti azadlığa çıxarlarsa həyatlarını başqa cür qurarlar. Əgər ağır cinayətlərə görə məsuliyyət nəzərdə tutan maddələri amnistiya aktına daxil etmək mümükün deyilsə, o zaman prezident onları əfv edə bilər.

– Qüdrət bəy, xuliqanlıq və narkotiklərlə mübarizəyə dair qanunvericilik aktlarına dəyişikliklər edilməsinin vacibliyini vurğulamısınız. Bir az geniş izahat verərdinizmi?

– Xuliqanlıq-cinayət əməli yox, insanı cinayətə təhrik edən daxili inam, motivdir. Ona görə 221-ci maddə Cinayət Məcəlləsindən çıxarılmalı, ictimai qaydanı cəmiyyətə açıq formada hörmətsizlik ifadə edən kobud formada pozma inzibati xəta kimi qanunvericilikdə nəzərdə tutlmalı və həmin şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Əgər xuliqanlıq motivi ilə ictimai qayda pozulan zaman əmlaka ziyan vurularsa, şəxsiyyət əleyhinə hər hansı cinayət törədilərsə, buna görə Cinayət Məcəlləsində xüsusi normalar var.
Cinayətkarlığa qarşı mübarizədə cəzanın sərtliyi deyil, onun labüdlüyü daha böyük çəkindirici gücə malikdir.
Cinayət Məcəlləsinin 61-ci maddəsində cinayətin alçaq niyyətlərlərə törədilməsi cəzanı ağırlaşdıran hal hesab olunur. Həmin maddəyə xuliqanlıq motivi ilə cinayətin törədilməsi cəzanı ağırlaşdıran hal kimi daxil edilə bilər.
2024-cü ildə 7245 nəfər narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar məhkum olunub. Bu olduqca böyük rəqəmdir. Ona görə Cinayət Məcəlləsindən 234-cü maddənin 1-ci hissəsi – “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri “xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”- çıxarılmalıdır. Bu maddənin dispozisiyasına yenidən baxılmalı, yalnız narkotik maddəni satan, satış məqsədilə daşıyan, istehsal edən və ya yayan şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır. Narkotik vasitə şəxsi istehlak üçündürsə buna görə cinayət məsuliyyəti aradan qaldırılmalıdır. Narkomanlar üstlərində analitik tərəzi gəzdirməyəcəklər ki, şəxsi istehlak miqdarında narkotik vasitə alsınlar.
Realist olmaq lazımdır. Narkoman olmaq cinayət deyil, xəstəlikdir. Onları həbsxanaya doldurmaq yox, müalicə mərkəzlərinə yerləşdirmək lazımdır.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 Dekabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see214

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see179

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see153

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see149

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see149

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see149

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see148

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri