Amnistiya ilə bağlı bilinməyən məqamlar Siyahıda onlar olmayacaq
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Bu gün Prezident İlham Əliyevin təşəbbüsü ilə parlamentin qəbul etdiyi amnistiya aktının icrasına başlanılıb.
Bu akt çərçivəsində əsasən hansı kateqoriyadan olan şəxslər azadlığa qovuşacaq?
Globalinfo.az-a danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azay Quliyev deyib ki, amnistiya ümumilikdə 16 kateqoriya üzrə təxminən 20 mindən çox şəxsi əhatə edəcək.
Onun sözlərinə görə, ilk növbədə Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçıları, şəhid ailələri, itkin düşənlərin ailələri bu qərardan faydalanacaqlar:
“Bununla yanaşı, 1948-1953-cü illərdə, eləcə də 1988-1991-ci illərdə Ermənistandan deportasiya edilmiş soydaşlarımız, Ermənistanın işğalçı siyasəti nəticəsində doğma yurdlarından didərgin salınmış məcburi köçkünlər, 20 Yanvar faciəsi və Xocalı soyqırımı zamanı həlak olmuş və itkin düşmüş şəxslərin ailə üzvləri də amnistiya aktının əhatə dairəsinə daxildir. Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən bu humanist addım qadınlara, 18 yaşına çatmamış yeniyetmələrə, 60 yaşdan yuxarı şəxslərə, əlilliyi olan vətəndaşlara, himayəsində azyaşlı uşaqları olan şəxslərə də şamil edilir. Eyni zamanda, az ağır cinayətlər törətmiş, ehtiyatsızlıqdan cinayət əməli törətmiş və beş ildən artıq olmayan cəza almış şəxslər, habelə cəzasının başa çatmasına az müddət qalan məhkumlar da bu amnistiyadan yararlana biləcəklər”.
Azay Quliyev
Deputat bildirib ki, amnistiya aktı hər kəsə şamil edilmir:
“Qərarın 6-cı və 7-ci maddələrinə əsasən ağır və xüsusilə ağır cinayətlər törətmiş şəxslər, dövlətin ərazi bütövlüyünə və suverenliyinə qarşı cinayətlər törədənlər, soyqırımı və insanlıq əleyhinə cinayətlərdə təqsirli bilinən şəxslər amnistiyadan kənarda saxlanılır. Cinayət Məcəlləsinin 200-dən artıq maddəsi bu məhdudiyyətləri əhatə edir. Bu isə dövlətin humanist siyasəti ilə ictimai təhlükəsizlik arasında tarazlığın qorunmasına xidmət edir”.
Millət vəkili qeyd edib ki, 20 mindən çox şəxsin amnistiyadan faydalanması onların ailə üzvləri də nəzərə alınmaqla təxminən 200 min vətəndaşa birbaşa təsir göstərəcək:
“Bu, Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin mərhəmətə və insanpərvərliyə əsaslanan siyasətinin növbəti bariz nümunəsidir. Amnistiya aktı vətəndaşlara cəmiyyətə yenidən inteqrasiya olunmaları, bir daha cinayət törətməmələri üçün şans verir. Bu humanist addımın düzgün qiymətləndiriləcəyinə ümid edirik”.
Azay Quliyev vurğulayıb ki, qanuna əsasən aidiyyəti dövlət qurumlarına amnistiyanın icrası üçün dörd ay müddət verilib:
“Lakin əvvəlki təcrübə göstərir ki, bu proses daha qısa müddətdə həyata keçirilə bilər. Ədliyyə Nazirliyi artıq qərarın icrasına başladığını açıqlayıb və ilkin mərhələdə 5 min məhkumun azadlığa buraxılması gözlənilir. Aparılan araşdırmalar nəticəsində uyğun şəxslərin Yeni ilə qədər ailələrinə qovuşacağı ehtimal olunur”.
Zaira Akifqızı
Globalinfo.az
Baxış sayı:89
Bu xəbər 22 Dekabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















