Icma.az
close
up
RU
Amnistiya təşəbbüsləri beynəlxalq müstəvidə də Azərbaycanın humanist və hüquqi dövlət imicini gücləndirir

Amnistiya təşəbbüsləri beynəlxalq müstəvidə də Azərbaycanın humanist və hüquqi dövlət imicini gücləndirir

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları dünyada təkcə güclü siyasi lider, müzəffər Ali Baş Komandan deyil, eyni zamanda humanist lider kimi də tanınır. İlham Əliyevin hakimiyyətə gəldiyi illərdən etibarən imzalanmış əfv sərəncamları, qəbul olunmuş amnistiya aktları fonunda belə qənaətə gəlmək mümkündür. İlham Əliyev humanist olduğu qədər də kin, düşmənçilik sevməyən, insani dəyərlərə üstünlük verən nadir şəxsiyyətlərdəndir. Bu illər ərzində dəfələrlə hakimiyyətinə qarşı çıxaraq ölkədəki ictimai-siyasi sabitliyi pozmaqla Onu devirmək istəyən siyasiləri əfv etməsi, həbsdə olan məşhur şəxslər ailədaxili itki ilə qarşılaşarkən onlara dəfndə iştirak etmək üçün şəraitin yaradılması və s. deyilənlərin əyani təsdiqidir.
Məlum olduğu kimi cari ilin sonunda Azərbaycanda növbəti amnistisiya aktı qəbul ediləcək. Belə ki, Azərbaycan suverenliyinin bərpasının, Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək Prezident İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb.
Yaxın tariximizdə imzalanan əfv sərəncamları və amnistisiya aktları birmənalı şəkildə bizə onu deməyə əsası verir ki, müasir Azərbaycan dövlətinin siyasətində humanizm, sosial ədalət və vətəndaş rifahı əsas prioritetlərdən biri kimi çıxış edir. Bu baxımdan Prezident İlham Əliyevin irəli sürdüyü və dəstəklədiyi amnistiya təşəbbüsləri dövlətin cəza siyasətində mərhəmət, ədalət və islah prinsipinin ön planda tutulduğunu aydın şəkildə nümayiş etdirir. Amnistiya aktları təkcə hüquqi mexanizm deyil, eyni zamanda cəmiyyətin mənəvi dəyərlərinə söykənən, insan amilini əsas götürən siyasi iradənin ifadəsidir.
Amnistiya anlayışı hüquqi baxımdan cinayət törətmiş şəxslərin cəzadan tam və ya qismən azad edilməsi, yaxud cəzanın yüngülləşdirilməsi kimi izah olunur. Lakin Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən amnistiya aktları bu anlayışı daha geniş müstəvidə – humanizm, sosial barış və ictimai məsuliyyət kontekstində təqdim edir. Dövlət burada yalnız qanunun icraçısı kimi deyil, həm də vətəndaşının taleyinə biganə qalmayan sosial institut kimi çıxış edir.
Burada haşiyədən kənara çıxaraq bir faktı qeyd etmək istərdim ki, müstəqillik illərindən etibarən Azərbaycanda 12 amnistiya aktı həyata keçirilib ki, həmin aktlar da ümumilikdə 160 mindən artıq məhbusa şamil olunub. Həmin amnistiya aktlarının böyük əksəriyyəti də məhz İlham Əliyevin hakimiyyəti illərinə təsadüf edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə il sonuna qədər qəbul ediləcək növbəti amnistiya aktından 20 minə yaxın məhbusun yararlanması nəzərdə tutulur ki, bu da kifayət qədər geniş və əhatəli addımdır.
Həm rəsmi statistika, həm də bu istiqamətdə həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin dövlətçilik, idarəçilik fəaliyyətində, bundan irəli gələrək irəli sürülən amnistiya təşəbbüslərində humanizm xüsusi yer tutur. Məlumat üçün qeyd etmək yerinə düşər ki, amnistiya aktları əsasən ilk dəfə cinayət törətmiş, az ağır və ağır olmayan cinayətlərə görə məhkum edilmiş şəxsləri, eləcə də qadınları, yetkinlik yaşına çatmayanları, ahılları, sağlamlıq imkanları məhdud şəxsləri və ailə başçısını itirmiş insanları əhatə edir. Bu yanaşma dövlətin sosial həssas qruplara diqqət və qayğısının bariz nümunəsidir.
Humanist siyasətin əsas məqsədi insanı cəmiyyətdən təcrid etmək deyil, onu islah edərək yenidən sosial həyata qaytarmaqdır. Amnistiya alan şəxslər üçün bu qərar yeni həyat mərhələsinin başlanğıcı, cəmiyyətə inteqrasiya üçün ikinci şans kimi dəyərləndirilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət göstərir ki, cinayət törətmiş şəxs ömürlük damğalanmamalı, düzgün istiqamət verildikdə faydalı vətəndaşa çevrilə bilər. Bu isə hüquqi və mənəvi baxımdan yüksək dəyər daşıyan yanaşmadır.
Amnistiya aktları eyni zamanda cəmiyyətin dövlətə olan inamını gücləndirir. Vətəndaşlar görür ki, dövlət yalnız sərt cəza mexanizmlərinə söykənmir, eyni zamanda mərhəmət və bağışlama dəyərlərini də önə çəkir. Bu, dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimadın formalaşmasına, ictimai həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verir.
Eyni zamanda, amnistiya təşəbbüsləri beynəlxalq müstəvidə də Azərbaycanın humanist və hüquqi dövlət imicini gücləndirir. İnsan hüquqlarının qorunmasına yönəlmiş bu addımlar ölkənin demokratik inkişaf yolunda atdığı ardıcıl addımların göstəricisidir.
Sonda amnistiya aktları və əfv sərəncamlarının bir qayda olaraq xalqımız və dövlətimiz üçün əlamətdar günlər ərəfəsində, bayram günlərində elan edilməsi xüsusi diqqət çəkir. Bildiyimiz kimi 31 dekabr Yeni il bayramı ilə yanaşı Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Amnistiya aktının da məhz bu günlərə təsadüf etməsi Cənab İlham Əliyevin on minlərlə ailəyə sevinc bəxş etməsi, bir növ bayram hədiyyəsi təqdim etməsi deməkdir. Bu addım həm də birliyimiz və həmrəyliyimizin daha da möhkəmləndirilməsinə xidmət edəcək addımlardandır.
Nəsib Məhəməliyev, Milli Məclisin deputatı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 16 Dekabr 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see525

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see248

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see240

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see240

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see228

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see225

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see223

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see222

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see212

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see207

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see204

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see201

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see199

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see193

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see173

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see170

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see169

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see168

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see166

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri