Amorima külli miqdarda təzminat ödəniləcək
Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Mançester Yunayted"in sabiq baş məşqçisi Ruben Amorimin alacağı təzminatın məbləği açıqlanıb.
QOL.az “TalkSPORT”a istinadən xəbər verir ki, müqaviləsinə vaxtından əvvəl xitam verilən portuqaliyalı mütəxəssisə külli miqdarda ödəniş ediləcəyi məlum olub. Məlumata görə, mütəxəssisə 10,05 milyon funt sterlinq (təxminən 22 milyon manat) məbləğində təzminat ödəniləcək.
2024-cü ilin noyabrından "qırmızı şeytanlar"ı çalışdırmağa başlayan və 2026-cı ilin yanvarında klubla yolları ayrılan Amorimin müqaviləsi əslində gələn mövsümün sonuna qədər nəzərdə tutulmuşdu.
Qeyd edək ki, Amorimin rəhbərliyi dövründə "Mançester Yunayted" transferlərə təxminən 250 milyon funt xərcləyib. Komanda hazırda Premyer Liqanın turnir cədvəlində 6-cı yerdədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 05 Yanvar 2026 22:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















