Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Ana dili: arzuolunmaz vəziyyət və həll yolu

Ana dili: arzuolunmaz vəziyyət və həll yolu

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

21 Fevral Beynəlxalq Ana Dili Günüdür. Bu gün Banqladeş səfirinin təşəbbüsü ilə 1999-cu ilin noyabrından UNESCO tərəfindən Beynəlxalq Ana Dili Günü elan olunub.
Dil hər bir millətin varlığının əsas göstəricisi, şərti hesab edirir. Elə məhz 21 Fevral ilə əlaqədar Azərbaycanda hər il müxtəlif tədbirlər, seminarlar, görüşlər və s. keçirilir. Həmin tədbirlərdə ana dilini yaxşı səviyyədə bilmək, onu qoruyub saxlamaq haqqında çağırışlar edilir, dilin saflığının qorunmasının mühümlüyü vurğulanır. Bəs bu gün ölkəmizdə bu çağırışlara nə qədər əməl olunur?
Nəzər yetirdiyimiz zaman Azərbaycanda olan bir çox mağaza, restoran, marketlərin və s. adının doğma ana dilində yox, xarici dildə olduğunu görürük.
Mövzu ilə bağlı mütəxəssislər fikirlərini “Xalq Cəbhəsi” ilə bölüşüb.

“Milli dilə hörmət yaratmaq lazımdır”

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnsitutunun direktoru, professor Nadir Məmmədli qeyd edib ki, xarici sözlər dildən təmizlənir, alınma sözlər dildən çıxır, milli sözlərə qayıdırıq, ancaq bir yandan da bu kimi ağrılı məsələlər qalır: “Biz müxtəlif mağazaların, restoranların, iaşə obyektlərinin xarici dildə olmasını təqdir etmirik, alqışlamırıq. Birinci növbədə sözlər milli dildə olmalıdır, ondan sonra xarici dildə. Bunun pis tərəfi də var ki, insanlar öz obyektlərinə verdikləri həmin xarici adın mənasını başa düşmürlər. Eləcə də əksər insanlar səhv oxuyurlar, hətta deyərdim ki, səhv yazırlar. Bəlkə o ad pis məna daşıyır. Siz o sözü götürüb restoran adı, iaşə obyektlərinə, mağazaya verirsiniz. Əlbəttə, bunlar arzuolunmaz haldır. Xalqın səviyyəsini yüksəltmək, milli dilə hörmət yaratmaq lazımdır. Onu da xatırladım ki, cənab Prezident İlham Əliyev dil haqqında çox sərəncamlar imzalayıb. Onlar müzakirə olunmalıdır”.

“Bir yol var...”

N.Məmmədli qeyd edib ki, bu məsələdə bir yol var, o da insanları maarifləndirməkdir: “Çünki uzun müddət sovet sistemində yaşamışıq, qapılar üzümüzə bağlı olub. İndi qapılar açılıb, bildik-bilmədik əlimizə nə keçdi istəyirik götürüb istifadə edək. Hələ siz insan adlarına baxın. Görün nələr qoyublar. Xaricdə qulaqlarına xoş gələn nə söz var, götürüb o adı qoyurlar. Ancaq adın mənasını bilsələr, bəlkə də istifadə etməzlər. Bu kimi hallar dilə çox böyük ziyan vurur. Mən sizə təşəkkür edirəm. Siz və sizin kimilərin bu məsələni qaldırmağınız, buna reaksiya verməyiniz bizləri çox sevindirir. Çox sağ olun”.
“Burada psixoloji məqam var”
Əməkdar jurnalist, professor, tənqidçi Qulu Məhərrəmli paytaxtda, Sumqayıtda, bəzi iri şəhərlərdə ticarət obyektlərinin, ictimai iaşə müəssisələrinin adlarının xarici dillərdə yazılışı haqqında çox müzakirələr olunduğunu bildirərək əlavə edib ki, bunun iki aspekti var: “Birinci tərəfi odur ki, bunu daha çox iş adamlarının biznes maraqlarının olması ilə əlaqələndirirlər. İkincisi də “Dövlət dili haqqında” Qanunda bu məsələlərin kateqorik şəkildə qoyulmaması ilə bağlı məsələlər müzakirə olunur. Əslində necə olmalıdır? “Reklam haqqında” Qanunda da, bizim digər rəsmi sənədlərdə də var ki, istənilən müəssisənin adı iki dildə, birinci növbədə ana dilində yazılmalıdır. Ondan sonra başqa bir dildə də yazıla bilər. Amma başqa dildə yazılan şriftlər ana dilindəki yazılardan böyük ola bilməz. Burada söhbət ondan gedir ki, xarici adlar seçilir. Bu zaman həm də burada bir psixoloji məqam var. Bizim iş adamları belə hesab edirlər ki, onlar mağazalarının adına “Afrodita”, “Alisa”, “Diana” və s. bu qəbildən ad qoysalar, onların biznesi yaxşı gedəcək, amma, məsələn “Nigar” və digər milli adlar qoyulsa, o qədər də yaxşı olmaz”.

“Bizim iş adamlarında da milli hiss, duyğu olmalıdır”

Professor vurğulayıb ki, bu məsələ birinci növbədə “Reklam haqqında” Qanunla tənzimlənir: “Çünki yazılar təkcə fərqləndirmə deyil, həm də reklam xarakteri daşıyır. Amma burada bəzən hüdudlar keçilir. Məsələn, indiyə qədər restoranların adları elə “restoran” şəklində yazılıb. İndi ingiliscə “restourant” kimi yazılır. Belə olanda bu, nəyi dəyişir? Ona görə də bizim iş adamlarında da milli hiss, milli duyğu olmalıdır. Sahibkarlıq fəaliyyəti üçün, əlbəttə, biznes maraqları çox vacibdir. Amma təkcə biznes maraqları yox, eyni zamanda, nəzərə almaq lazımdır ki, bu, milli ölkənin paytaxtıdır, Azərbaycandır, yerli əhali var, təkcə xaricilər üçün deyil. Xariciləri cəlb etmək üçün başqa üsullar var. Məsələn, xidmət, təqdim olunan malların keyfiyyəti var. Bunlara diqqət yetirmək lazımdır. Əlbəttə, reklam da, yazı da bir çağırışdır. Bu məsələ dəfələrlə müzakirə olunub, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətində də bu məsələyə münasibət bildirilib. Bu, daha çox “Reklam haqqında” Qanunla əlaqələndirilir və buna müəyyən mənada bəraət qazandırılır. Ona görə də bu, mürəkkəb məsələdir və hesab edirəm ki, burada sahibkarların öz şəxsi yanaşması müəyyən rol oynaya bilər”.

“Maarifləndirmək lazımdır”

Əməkdar jurnalist Azər Həsrət qeyd edib ki, Bakı şəhəri başda olmaqla ölkəmizin bir çox yerlərində müxtəlif obyektlərin adları Azərbaycan dilinə tərs düşən adlardır: “Bu adları ora pərçimləyənlərin də böyük əksəriyyəti, ümumiyyətlə, həmin o xarici dillərlə heç tanış da deyil. Mən o iş adamlarının savadsız olduğunu demirəm, sadəcə olaraq uyğun təhsil görməmiş adamlardır və onlar düşünürlər ki, restorana və ya şadlıq sarayına hansısa xarici dildə bir ad qoysalar bundan nəsə fayda görəcəklər. Əslində faydalı heç bir yönü yoxdur”.
A.Həsrət vurğulayıb ki, bu, aşağılıq kompleksinin təzahüründən başqa bir şey deyil: “Bir insan öz ana dilini kənara itələyib, heç bilmədiyi xarici bir dildə öz obyektinə ad qoymamalıdır. Əlbəttə, başa düşürəm ki, beynəlxalq səviyyədə tanınmış markalar var. Onların adını dəyişə bilmərik. Lakin şadlıq sarayları hansısa beynəlxalq şəbəkənin tərkib hissəsi deyil ki. Baxın, çoxunun adları xarici dildədir. Tək-tük şadlıq sarayları var ki, onlara öz dilimizdə ad qoyulub. Özü də ingilis dilində “palace” (palas) yazırlar. Onu da ingilis dilini bilən düzgün oxuya bilir, bilməyən isə yazıldığı kimi “palace” oxuyur. Görürsünüzmü, bu, fəlakətdir. Bu cür adamları hərəkətləndirmək, maarifləndirmək lazımdır. Eyni zamanda, dövlətin buna məsul qurumları da ciddi işləməlidir...”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 19 Fevral 2025 23:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see686

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see487

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see281

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see279

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see265

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see262

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see255

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see250

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see249

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see248

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see246

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see236

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see232

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see227

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see227

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see223

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see222

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see215

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see214

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri