Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

İsrailə yeni qırıcılar verildi

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

ANA DİLİMİZ VARLIĞIMIZIN EVİDİR! AzPolitika onlayn siyasiictimai qəzet

ANA DİLİMİZ VARLIĞIMIZIN EVİDİR! AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Etibar Əliyev, millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru

“Ana dili millətin mənəvi diriliyidir.” 

Firudun bəy Köçərli

Ana dilimiz haqqında saysız-hesabsız kitablar, məqalələr yazılıb. Dilimizin fəlsəfəsi haqqında yazılan əsərlərin sayı yox səviyyəsindədir. Bu təbiidir. Əgər Ali məktəblərdə “Fəlsəfə” fənninin tədrisi məhdudlaşdırılıbsa, dilin fəlsəfəsindən danışmağa dəyməz.

Ali məktəblərdə “Analitik fəlsəfə”nin tədrisi vacibdir. Ana dilimizin fəlsəfəsini Əhməd bəy Ağaoğlunun, Məhəmməd Əmin Rəsulzadənin, Firudun bəy Köçərlinin, Yusif Vəzir Çəmənzəminlinin, İsa Hüseynovun və digər yazıçı mütəfəkkirlərin əsərləri vasitəsilə qavramaq mümkündür. Xarici klassiklərin əsərlərinin dilimizə səhih tərcüməsi dilimizin zənginliyindən xəbər verir, dilin gözəlliyinə heyran olursan. Burada Çərkəz Qurbanlının, Vilayət Hacıyevin, Aydın Məmmədovun, Natiq Səfərovun, Qorxmaz Quliyevin tərcümələri mütləq qeyd olunmalıdır.

Təbii və süni dil!

2500 il bundan öncə Platon “Kratil” dialoqunu dilin fəlsəfəsinə həsr edib. Kratillə Germogen dil haqqında mübahisə edirlər. Kratil adların təbiiliyini, yəni onların nəsnələrin təbiətinə uyğun gəldiyini israr edir. Nəsnələr doğulur, yaranır, yaxud kəşf olunur. Onun adı, yarandığı andan etibarən mahiyyəti ilə uyğunluq təşkil edir. Germogen isə hesab edir ki, adlar nəsnələrə insanlar tərəfindən təsadüfən verilir. Nəsnələr insanın qarşısında peyda olur və ya ona təqdim edilir, o da ilk dəfə gördüyü predmetə ad verir. Kratilin tutduğu mövqe insanlar arasında tarixən qərarlaşmış təbii dilə, Germogenin fərziyyəsi isə ondan fərqli olaraq, tarixi və psixoloji ənənələrdən kənar və məqsədli surətdə yaradılan süni dilə uyğun gəlir. Zaman ötdükcə süni dilin təbii dil üzərində fəallaşan eroziya prosesi dirini öldürmək, təbii olanı süniləşdirmək kimi təhlükələr yaradır.

Əsl filosof, əsl şair, əsl yazıçı dilə, onun təmiz səsinə qulaq asır, onu özündə üzə çıxarır. Bu zaman onların dedikləri boşboğazlıq yox, yaradıcılıq, dünyanın yeni, hələ bu vaxta qədər görünməmiş tərəflərinin açılmasıdır. Təsadüfi deyildir ki, dilin saflığı “ilkin poeziyada” axtarılır.

Dilimizdə xarici terminlərin istifadəsi dilin təbiliyinə xələl gətirirmi?

Dilçi alimlər bu məsələni tədqiq etməlidirlər. Bu problemin iclaslar səviyyəsində qaldırılması azdır. Məsələn, mən deyirəm: “Anar məktəbi bitirib, yığışıb evdən getdi.” Bizim çoxumuz bu cümlədəki mənanı başa düşməyəcəyik. Lakin desəm ki, Anar abituriyent oldu. Onda söhbətin nədən getdiyini hamımız başa düşəcəyik. Abituriyent - latın dilində “yığışıb gedirəm” mənasını verir. Dilimiz digər dillər kimi xarici terminlərə həssasdır, lakin həmin terminləri işlətmək qaydalarına mütləq riayət olunmalıdır.

İnsan dil hesabına insandır, əlbəttə ki, burda metafora xüsusi yer tutur. Sözdə metafora məxsusi rol oynayır, dili gözəlləşdirir. Dil istər-istəməz metaforanın kristalına düşür. Təəssüflər olsun ki, metafora mövzusuna elmi tədqiqatlarda az rast gəlinir.

Bütün dillərin təkamül tarixi sadə cümlələrin qurulması ilə başlayır və zaman keçdikcə, həm sintaksis, həm də semantik məzmun baxımından mürəkkəbləşən mərhələyə qədər davam edir. Sadədən mürəkkəbə doğru bu irəliləyiş zamanı ünsiyyət üçün öncə ən ağır yük feillərin üzərinə düşür. Daha sonra isim, sifət, zərf əlavə olunur və cümlənin həcmi artır. Və ilk sözün zərurətdən irəli gələrək, felin əmr formasında yarandığını düşünə bilərik. Əmr forması ünsiyyət zamanı böyük rol oynayır və ondan istifadə edərkən, çox ehtiyatlı olmağı tələb edir. Düzgün istifadə edilmədikdə isə bu, arzuolunmaz nəticələrə gətirib çıxara bilir.

Bu məntiqlə Azərbaycanda Felə heykəl qoyulmalıdır!

Dilçilik təlimi cəmiyyətdə yaranır və yazıçılar tərəfindən müəyyənləşir, təsdiq edilir, əksər hallarda dilçilik institutları tərəfindən tənzimlənir, nizama salınır, yönəldilir. Cəmiyyət, yazıçılar, dilçilik institutları üzərlərinə düşən vəzifələri heç də hər zaman yerinə yetirmirlər. Son həlledici faktor dövlətdir. Azərbaycanda Ümummilli liderimiz Heydər Əliyevin və Prezident İlham Əliyevin dilimizə göstərdikləri yüksək qayğı göz önündədir. Dövlətimizin başçısının dilimizin inkişafı haqqında çağırışları örnəkdir, nümunədir.

Cəmiyyətin tələbatının ölçüsü yoxdur. Məsələn, Qarabağ mövzusu bitib-tükənməz mövzudur. Biz yazıçı və şairlərdən yeni əsərlər gözləyirik. Bir çox hallarda isə yazılan əsərlərin dili və məzmunu qıraqda qalır və əsərin müəllifinə yağdırılan təriflər mətni arxa plana çəkir. Dilçilik institutları yalnız tərifçiliklə məşğul olurlarsa onda tənqidə ehtiyac qalmır.

Dillər son dərəcə rəngarəng ifadə vasitələrinə malikdir və bir dildə kəskin emosional mənaya malik olan söz digər dildə neytral xarakter daşıya bilər. Məsələn, “sən yaşamağı bacarmırsan” Çin dilində ağır söyüşdür. Azərbaycan dilinə birbaşa tərcümədə isə nəsihət kimi qəbul oluna bilir. Dil özünə dialektik münasibət tələb edir: bir tərəfdən sadələşməyi, digər tərəfdən mürəkkəb fikirlərin ən incə çalarlarını əks etdirməyi...

İstənilən mədəniyyətin deqradasiyası dilin primitivləşməsinə səbəb olur. Yüz il bundan əvvəl yaşamış ziyalılarımız indiki qəzetləri oxusaydılar, bəlkə də, deyərdilər ki, bu, Azərbaycan dili deyildir.

XX əsrin əvvəllərində minillik mədəniyyətimizin ənənələrini dövrün tələbləri ilə üzvi vəhdətdə birləşdirən ziyalılarımızın həmin əsrin 30-cu illərində kütləvi şəkildə məhv edilməsi dilimizə ağır zərbə vurdu. Bugünkü təhsil sistemimizin yetişməkdə olan gənc nəsildə formalaşdırdığı dil yarımsavadsızlığı bu prosesi dərinləşdirib uçurum səviyyəsinə çatdırmışdır. Yeganə çarə inkişafın yeni məqamında klassiklərimizə qayıtmaq, insan hisslərinin və düşüncələrinin ən incə çalarlarını ifadə etmək qabiliyyəti ilə kompüter ifadə tərzinin dəqiqliyini birləşdirən bir dilə nail olmaqdır.

Dil haqqında ən mükəmməl aforizm isə böyük alman filosofu Martin Haydeggerə məxsusdur: “Dil varlığın evidir!”

Bizim varlığımızın da evi dilimizdir. Evimizi və dilimizi qoruyaq!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Noyabr 2024 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see216

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see193

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see178

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see173

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see173

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see166

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see156

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see155

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see148

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see140

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see137

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri