Ana Kristina İngles: WUF hər bir şəhər üçün əsl fürsətdir
Icma.az, Milli.az saytına istinadən bildirir.
Hər hansı bir şəhərin nümunəvi modelə çevrilməsi üçün əsas şərt icmaların rəyini dinləmək, onların real ehtiyaclarını müəyyənləşdirmək və inkişafı təmin edəcək zəruri investisiyaların cəlb olunmasını stimullaşdırmaqdır. Həmçinin uzunmüddətli perspektivdə bu təşəbbüslərin davamlılığını təmin edəcək müvafiq siyasətlərin formalaşdırılmasıdır. WUF13-ə ev sahibliyi edən Bakının da yeni yanaşmaları öyrənmək üçün böyük fürsəti var.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Anqola Şəhər Laboratoriyasının nümayəndəsi Ana Kristina İngles deyib.
O qeyd edib ki, WUF hər bir şəhər üçün əsl fürsətdir. "Urbanizasiya sahəsində inkişaf etmək istəyən bütün ölkələr öz sabitliyinə çox diqqət yetirməlidir. Şəhər sektoruna, səhiyyə və təhsilə qoyulan investisiyalardan danışırıq, ancaq sabitlik olmadan yatırılan investisiyalardan ən yaxşı şəkildə istifadə edə bilməyəcəyik", - deyə Ana Kristina İngles bildirib.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 17 May 2026 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















