Icma.az
close
up
RU
“Ana Kür” İctimai Birliyi COP29 un qlobal missiyalarının təşviqinə başladı

“Ana Kür” İctimai Birliyi COP29 un qlobal missiyalarının təşviqinə başladı

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

“Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “COP29-un qlobal missiyalarının yerlərdə təşviqi layihəsinin icrasına başlayıb.

Bu barədə “Ana Kür” ictimai birliyinin sədri, layihə rəhbəri Rüstəm Məlikov məlumat verib. Onun sözlərinə görə, bu münasibətlə layihənin həyata keçiriləcəyi Salyan rayonunda təqdimat mərasimi olub:

“Tədbirdə dövlət və bələdiyyə qurumlarının rəhbərləri ilə yanaşı  vətəndaş cəmiyyətinin yerli təmsilçiləri, veteran ekoloqlar, şəhər sakinləri  iştirak etmişlər. Təqdimat mərasimi Ümummilli Liderimiz, çağdaş Azərbaycan ekologiyasının inkişafına tarixi tövhələr vermiş Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, suverenliyimizin təmin edilməsində qanları ilə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla  yad edilmişdir”.

Rayonun Uşaq-Gənclər İnkişaf Mərkəzində təşkil edilən mərasimdə layihə rəhbəri Rüstəm Məlikov icrasına başlanacaq layihənin məram və məqsədlərindən danışmış, layihə çərçivəsində görüləcək işlər, gözlənilən nəticələr barədə məlumat vermişdir.

Layihə təqdimatında Rayon Ağsaqqallar Şurasının sədri Məhəmməd Ağayev, Salyan Rayon  Salyan Bələdiyyəsinin sədri Telman Ağabəyov,  3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı mütəxəssisi Ehtiram Ağayev, QMƏVŞİ ictimai birliyinin Salyan filialının sədri  Arif Əsgərov, YAP Salyan rayon təşkilatının sədr müavini Aqşin Babayev, 64 saylı Salyan-Neftçala-Biləsuvar seçki dairəsindən Milli Məclisə deputatı Günay xanım Ağamalıyevanın köməkçisi Emin Xudiyev, Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Rişad Əsgərli, Salyan Rayon Peşə liseyinin direktoru Ruslan Fətullayev, şəhər sakini Vaqif İslamov çıxış edərək icra olunacaq layihənin aktuallığından danışmış və bu istiqamətdə Azərbaycan Respublikasının istər yerli, istər regional, istərsə də beynəlxalq miqyasda iqlim dəyişikliklərinin doğurduğu fəsadların aradan qaldırılmasında təcrübəsindən söz açmışlar. Qeyd edilmişdir ki, BMT-nin İqlim Dəyişməsi üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyası-COP29 kimi mötəbər tədbirin ölkəmizin ev sahibliyi etməsi  tarixi və ekoloji əhəmiyyət daşıyan hadisəyə çevrilmişdir. Bu qlobal tədbirin məqsəd və çağırışlarını yerli səviyyədə müzakirə etmək, cəmiyyətimizdə yaşıl düşüncənin formalaşmasına, vətəndaşlarımızı “yaşıl həyat” tərzi keçirməyə sövq etmişdir. Azərbaycan neft ixrac edən ölkədən, yaşıl iqtisadiyyata keçid etməklə yaşıl enerji ixracatçısına çevrilməkdədir. Azərbaycanın enerji istehsalının  qoyuluş həcmində bərpa olunan enerji resursları olan günəş, külək, su və mənbələrin payı 2030-cü ildə 30 faizə çatdırılacaqdır.

Layihə təqdimatında COP29-un qlobal missiyalarına daxil olan iqlim dəyişikliklərinin qarşısını almaq, adaptasiya tədbirləri, maliyyə təminatı, qlobal əməkdaşlıq və təbiəti qorumaq missiyalarının həyata keçirilməsində vətəndaş cəmiyyətinin görə biləcəyi fəaliyyətdən danışılmış, təklif və tövsiyələr verilmişdir. Xüsusən, Kür çayı sahillərində təbiətin qorunması önəmli vəzifə olduğu vurğulanmışdır.

Layihənin fəaliyyət planına əsasən Kür çayı sahilində 100 ədəd Eldar şamı ağacı əkiləcəyi, maarifləndirici dəyirmi masalar, ekoloji konfrans keçiriləcəyi diqqətə çatdırılmışdır.

Tədbir çay süfrəsi arxasında davam etdirilmişdir. Sonda iştirakçılara press-relizlər və məlumatverivci info-vərəqələr paylanmışdır.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azpost.info
archiveBu xəbər 15 May 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri