Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“Eyni tempdə davam edirik” Rui Jorje

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Ana obrazları ilə sevilən aktrisa Əntiqə Kərimzadə yazır…

Ana obrazları ilə sevilən aktrisa Əntiqə Kərimzadə yazır…

Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Doğru deyiblər xarakter insanın cizgilərinə yansıyır. Mülayim xasiyyətli adamın cizgiləri mütləq ki, daha kövrək, daha zərif olur. Necə deyərlər, məlul baxışları göz oxşayır. Bu insanlar sırasında tanınmış teatr və kino aktrisası Elmira Şabanova da yer alır.

O, 1940-cı il noyabrın 1-də Bakıda ziyalı ailəsində anadan olub. Onun ziyalı ailəsində doğulmağı, əlbəttə, həyatın bütün anlarında aktrisanın taleyində özünü biruzə verib. 

E.Şabanova orta məktəbi bitirdikdən sonra 1958-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə qəbul olub.  Aldığı biliklə kifayətlənməyən aktrisa 1969-cu ildə isə həmin institutun rejissorluq fakültəsini bitirib. Sözsüz ki, aldığı təhsil olun kino və teatr fəaliyyətində özünü göstərir

 Hələ institutun 1-ci kursunda rejissor Rüfət Şabanovla ailə qurub. E.Şabanova 2 filmə çəkildikdən sonra həyat yoldaşı aktrisaya filmlərdə çəkilməyi qadağan edib.  Bu qadağalara rəğmən, aktrisa yenidən kinoya qayıdır və xüsusilə 80-ci illərdə bir-birinin ardınca kino, radio və televiziyada maraqlı obrazlar yaradır.

Müsahibələrinin birində atası və həyat yoldaşının qadağalarına etiraz edə bilmədiyinə görə çox ağladığını deyirdi.

Bir zaman gəlir ki, Elmira Şabanova təhsil aldığı ali məktəbdə müəllim kimi fəaliyyət göstərir. O, 1962–1997-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda müəllim və dosent kimi çalışır. 

Uzun illər pedaqoji fəaliyyətlə məşğul olan aktrisa 1977-ci ildən etibarən yenidən kino sənətinə qayıdıb. Aktrisa səhnənin onun üçün önəmli məkan və müqəddəs yer olduğunu dəfələrlə müsahibələrində qeyd edib. 

O, “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 30-a yaxın bədii filmdə çəkilib. Aktrisa “Qəm pəncərəsi” filmində Həmidə xanım, “Təhminə”də Aliyə, “Fəryad”da İsmayılın anası, “Ötən ilin son gecəsi”ndə Həmidə və digər yaddaqalan obrazları canlandırıb. 

Elmira Şabanova Azərbaycan kino sənətində əsasən ana obrazları ilə tamaşaçıların rəğbətini qazanıb. Onun yaratdığı obrazlar səmimiliyi və təbiiliyi ilə seçilir. Daha çox həlim xasiyyətli ana rollarını canlandıran aktrisa, eyni zamanda ağıllı davranışları ilə həmişə tamaşaçıların diqqətini çəkib. 

Ömrünü bu sənətə həsr edən aktrisa tamaşaçıların diqqəti ilə yanaşı, dövlətin də qayğısını görüb. Belə ki, o,  2000-ci ildə Əməkdar artist, 2006-cı ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 

2003-cü ildə Prezident mükafatına layiq görülüb.

Aktrisa teatrdakı fəaliyyətindən çox, kinoda yaratdığı obrazları ilə yadda qalıb. Məhz buna görə demək olar ki, Elmira Şabanova daha çox kino aktrisasıdır. Ancaq teatrdakı fəaliyyəti də danılmazdır. 

Xalq artisti Elmira Şabanova Azərbaycan teatr və kino sənətinin inkişafına verdiyi töhfələrlə tamaşaçıların yaddaşında qalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://adalet.az
archiveBu xəbər 04 Noyabr 2026 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see335

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see316

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see312

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see293

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see289

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see286

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see278

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see269

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see261

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see253

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see243

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see243

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see238

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see231

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see227

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see217

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see214

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see213

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see211

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri