Icma.az
close
up
RU
Ana qapısı Qayıdışın başlanğıcı yaddaşdadır…

Ana qapısı Qayıdışın başlanğıcı yaddaşdadır…

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Qərbi Azərbaycan mövzusunda “Bir Elin Manifesti” mövzusunda ümumrespublika hekayə müsabiqəsi keçirilir. Müsabiqəyə təqdim edilən hekayələrdən birincisini təqdim edirik:

I FƏSİL: Köç

1948-ci ilin dekabrı… Göyçə mahalının Ardanış kəndinə qış sanki öz qəzəbi ilə gəlmişdi. Qar dənələri torpağa deyil, sanki qəlblərə yağır, insanların səssizliyinə hakim kəsilirdi. Kəndin dar küçələri lal-dinməz durmuşdu, sanki daş-kəsək də bu vidalaşmadan utanırdı. Hər addım bir həsrətin başlanğıcı, hər nəfəs bir xatirənin sonu idi.
Sənəm yeddi yaşındaydı. O, evin kandarında dayanmışdı, ayaqları soyuq torpaqda, gözləri taxta qapıda ilişib qalmışdı. O qapı… sadə bir qapı deyildi o gün. Uşaqlığının, oyunlarının, qoxusu təndirə sinmiş gecələrin qapısıydı.

Anasının səsi arxa tərəfdən eşidildi, elə bil xəyaldan gəlirdi:

– Qızım, yuyulmuş corabları da götür… daha belə su tapmarıq…

O sözlərdə həm təbəssüm vardı, həm də bir ah. Ananın acını zarafata bürüməsi qızının göz yaşını gülüşlə qurulamaq cəhdi idi. Atası Həsən kişi heç bir söz demirdi. Çiynində yük var idi, amma əslində çiynində bir ömrün ağırlığı vardı. Gözlərini evin divarlarına dikmişdi – sanki gözləriylə hər kərpici yaddaşına köçürürdü. Sənəm isə dönüb o qapıya son dəfə baxırdı. O qapı indi onun içində açılıb bağlanan bir keçid idi – keçmişdən gələcəyə uzanan içli bir səssizlik qapısı kimi.

II FƏSİL: Soyuq səssizlik

Qatar gecəni yara-yara gedirdi. Dəmir təkərlərin səsləri vaqonda qəlb döyüntüsü kimi eşidilirdi. Hər zərbə bir yaddaş, bir ayrılıq, bir susqunluq idi sanki. 

Sənəm vaqonun bir küncündə oturmuşdu. Paltosunun içində gizlənmişdi, amma soyuq yalnız vücuduna deyil, ruhuna işləyirdi. Qarşıda bir cüt göz ona baxırdı – Asəfin gözləri. Həmin sinif yoldaşı. O da susurdu. Amma gözləri danışırdı: “Biz buradan gedirik, bəlkə də heç vaxt qayıtmayacağıq…”

Asəf birdən pıçıltı ilə yalnız Sənəmin eşidəcəyi səslə dedi:

– Mən böyüyəndə qayıdacağam, Sənəm. Evimizi yenidən tikəcəyəm (Başını aşağı salır).

O söz sanki vaqonun buzlu pəncərəsinə yazılmışdı. Qış keçəcəkdi, qar əriməliydi, amma o cümlə heç vaxt silinməyəcəkdi.


III FƏSİL: Dağılan yollar

İllər keçmişdi. Zaman insanı başqa torpaqlara köçürsə də ruh köç etmirdi. Sənəm Sumqayıtda yaşayırdı. Evinin balkonundan görünən binalar ona Göyçənin dağlarını xatırlatmırdı, amma xəyallar bəzən divarların içindən sızırdı. Onun uşaqları böyümüşdü. Hərəsi bir peşənin sahibi idi. 

Hər gün eyni düşüncələrə dalan bir insanın torpaq həsrəti ilə yaşaması necə də ağır bir duyğudur, İlahi?! “Biz burada yaşayırıq … amma Göyçə bizim evimizdir”. 

Oruc kişinin nəvəsi Rauf sözün gücünü kəşf etmişdi. O, jurnalist olmuşdu. Tarixə boylanır, unudulmuş sətirlər arasında öz köklərini axtarırdı. Bir gün arxivdə saralmış bir kağız tapdı. Babasının yazdığı ərizə - “Biz Göyçə mahalından köçürülmüş azərbaycanlılarıq. Ata yurdumuza qayıtmaq istəyirik”. O an kağız əlinə deyil, ruhuna toxunmuşdu sanki. Elə bil illərin tozunu silkələyən bir külək, içindən keçirdi.


IV FƏSİL: Qayıdışın səsi

2023-cü il… Bakı bir az fərqli nəfəs alırdı o gün. Rauf “Qərbi Azərbaycana Qayıdış Hərəkatı”nın konfransında idi. Zalda yüzlərlə insan var idi, amma hamısı bir ruh kimi səssiz, susqun oturmuşdu. Sənəm nənə kürsüyə qalxdı. Çox danışmadı. Amma səsi zalı titrətdi:

– Mən o qapının qarşısında anama əl elədim. Dönüb baxdım və bildim ki, o qapının sonuncu dəfə bağlanış səsi ruhumdan heç vaxt çıxmayacaq. İndi nəvəm buradadır. Mən gedə bilmədim, bəlkə o gedər…

O, öz xatirələrini danışırdı. Hər bir hekayə onun dünyasında həsrətdən yoğrulan və yaddaşından silinməyən izlər kimi elə olduğu kimi də qalmışdı. Zalda göz yaşları səssiz axırdı.

Raufla bərabər Sənəm nənənin nəvəsi Cavid – bir kamera ilə, bir qələm ilə, bir qəlb ilə bununla bağlı reportaj hazırlamaq üçün yola düşəcəkdilər. 

V FƏSİL: Ana qapısı

2025-ci ilin yazı… Göyçə gölünün sahilində durmaq — o sadəcə mənzərə deyil, sanki ürəyin üstündə açılan bir pəncərə idi. Sənəm nənə və nəvəsi Cavid bir zamanlar evlərinin yerində dayanmışdılar. Heç nə qalmamışdı. Divarlar yox, pəncərələr yox. Amma torpaq danışırdı. Külək nənənin saçlarına toxunurdu, elə bil bir vaxtlar qapının arxasından əsən külək kimi.

- O qapı hələ də oradadır, - dedi Sənəm pıçıltı ilə, - bəlkə fiziki yox, amma yaddaşda. Və yaddaş da ev kimi bir şeydir – içində yaşanan və qorunan.

Cavid kamerasını qaldırdı, çəkdi. O anı, o baxışı, o nəfəsi…

Bu sadəcə bir ailənin qayıdışı deyildi. Bu, bir xalqın yaddaşının oyanışı idi. Və “Ana qapısı” – bir kəndin, bir ömrün, bir millətin simvoluna çevrilmişdi o an. Açıq qalmışdı. Sadəcə gözləyirdi…

Anonimliyi qorumaq məqsədilə müəllifin adı qeyd edilmir

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Sentyabr 2025 05:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri