Icma.az
close
up
RU
Ana Təbiətin Dan Üzü Bahar

Ana Təbiətin Dan Üzü Bahar

Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

… DAN ÜZÜ doğuluşdu; qaranlığın, zülmətin bağrını yaran İşığın, Nurun doğuluşu. Mavi səmada boy göstərən Günəşin zərrin şəfəq təbəssümündə aydınlığın zühurudu. Dumduru mavilik paklığı ilə yer üzü əsrarəngizliyi harmoniyasında şəffaf gündüzün yaranışıdır…

DAN ÜZÜnün doğuluşu SƏMA Nur selinə boyanar, al şəfəqlər YER ÜZÜnü işıq selinə qərq edər. Aləm sıyrılar toranlıqdan, arınar qaranlıqdan; durular, paklanar, saflaşar… Yer onu aydınlığa qovuşduran mavi ənginliyə məmnun-məmnun gülümsər, ecazkar hüsnüylə Günəşə işvəli təbəssüm edər.

Deyirlər, DAN ÜZÜnün al şəfəqlərində süslənən, füsünar görkəmiylə nazlanan, qəmzələnən yaşıl adamız YERin gözəlliyinə GÖY ÜZÜ də biganə qalmaz. Bu əlvan rəng çalarlı, işvəli, nazlı ecazkarlığa sevdalı olar…

İllah da, qışın ayazı, şaxtası sovuşan vaxtı, yazın ilıq nəfəsinin duyulan vədəsi. Novruzgülünün boy göstərən, yaşıl dona bürünən çəmənlərdə, yal- yamacda lalənin, nərgizin, bənövşənin, süsənin üzə gülən çağında. Ağacların budaq- budaq boy atıb yarpaq köynəyi geyinən, kolların çiçəyi çırtlayan zamanda…

Belə zamanlarda Göy üzünün vurğunluğu, aşıqliyi də artar Yerə. Odlu baxışlarla oxşar onu, köksündə çaxan şimşəyi, bulud- bulud yağışıyla sevgi etirafları edər gözəlliyi göz oxşayan Yer üzünə…

Yerlə- Göyün sevdalı dönəmindən fəsillərin şah tacı Yaz boylanar, Bahar təravəti duyular yurdun ab-havasından, Təbiətin nazlı- qəmzəli Baharının işvəsindən aləmi xoş rayihə bürüyər. Bu xoş növraq insan ruhuna təravət, fikrə, duyğuya cəsarət gətirər. Könüllər riqqətlə coşar, ürəklərdə qurmaq- yaratmaq əzmi oyadar…

Ana təbiətin oyanışı, dirilişi ilə yeni dönəmi belə başlar; torpağın yaz yağışlarından canlanar, barı, bəhəriylə yaşıl dünyamızı əsrarəngizliyə qovuşdurar…

Əslində, fəsillərin şah tacı BAHAR da təbiətin DAN ÜZÜdü

Həyatın yaranış təməli olan müqəddəs ünsürlərin qovuşağında açılar təbiətin dan üzü, Baharın yaranışı. İlk olaraq yaşam qaynağı, həyat rəmzi Su paklığı, aydınlığı, şəffaflığıyla duyular Bahar nəfəsi, bulaqların artan çağlarlığı həzin nəğmələr diliylə, , çayların coşğunluğu, qaynarlığı , gur şaqraqlığıyla, göy üzü yağışıyla müjdə verər yaz gəlişıni. Su coşğusuna Od ünsürü hay verər. Dünyamızın əbədi məşəli Günəş odlu nəfəsiylə, ilıq hərarətiylə təmas edər Su coşqusuna. Su və Od müqəddəsliyinə Külək də biganə qalmaz. Sığal çəkər, nəvaziş edər, meh diliylə oxşayıb Su , Od ünsürünə güc verər. Və nəhayət bu güc, qüdrət ünsürləri torpağa nüfuz edib onu qış mürgüsündən oyadar… Beləcə, ilaxır törpaq ünsürünün digər ünsürlərlə vəhdəti sonucunda doğular ana təbiətin əsrarəngiz dan üzü–Bahar.

… Baharın doğuluşu, yaranışıyla aləm nura bələnər, ala, yaşıla bülənd olar. Müqəddəs ünsür vəhdətinin doğurduğu xoş rayihə nəfəsi, torpağa sirayət etdikcə torpaq qoynunda qayğıyla qışın ayazından, saxtaşından, hifz etdiyi, qoruduğu nəsnələriylə üzə gülər; əlvan rəng çalarlarıya ecazkarlıq yaradar…

Çəmənlər otu, kollar çiçəyilə boy göstərir, ağaclar pöhrələyər, budaqları puçur-puçur yarpaq tumurcuqlarıyla bəzənər, minçalarlı ala, yaşıla əsrarəngiz dona bürüyər torpağı.

… Həyat rəmzi yaşıla qərq olar dağ yamacları, sanki əzəməti artar ucalıq timsalı şiş qayaların. Dərələrdən su şaqraqlığı, bulaq zümzüməsi quş çığırtılarından həzin nəgmə sədaları yaradar. Bağ- baxçalar, ormanlar, hüsnü gül-çiçəklə süslənən düzlər, bərəkət, ruzi rəmzi zəmilər, tarlalar əsrarəngiz rəng çalarlarıyla yeni dövranı salamlar. Bu füsünkarlıqda quşlar, böcəklər belə cuşa gələr, ağacdan- ağaca, koldan- kola uçar, budaqdan- budağa qonar öz dillərində Bahara- “xoş gəldin”- deyərlər. Güldən- gülə, çiçəkdən- çiçəyə uçuşan kəpənəklər sükut pıçıltısında ləçəklərlə dodaq-dodağa bir- birlərinə sevgi etirafları edərlər.

Bu əsrarəngizlikdən, ecazkarlıqdan daha çox feyziyab olansa torpağı üz ağlığına, ruzi, bərəkət mənbəyinə çevirən, yurdu abad edib xoş rifahlı cənnətməkana çevirən insanlar olar.

Təbiət nə qədər gözəllik libasında olsa da insan ağlının, zəkasının, yaradıcı təxəyyülünün süzgəcindən keçərək daha cazibədar görkəmə bürünər. Yurd, torpaq qurub yaratmaq əzmli insan əllərinin hərarətindən daha abad formaya düşər.

Ən ümdə olansa Baharın gəlişınin hər yerdə– yurdlarda, obalarda elliklə sevinclə, coşquyla bayram ovqatında qarşılanması, şənliklər, mərasimlərlə uğurlanmasıdır.

Beləcə, Adəm övladı yaranışdan belə qarşılayıb Baharın gəlişini. Onu inanc sisteminə, inam kultuna çevirib müqəddəsləşdirib. Yurda, torpağa qədəm qoyduğu anları həsrətlə gözləyib, adına Bahar rəmzi səməni göyərdib. Şəninə nəgmələr qoşulub, xalq oyunları yaradıb, şənliklər qurub. Sevinc içində şadyanalıqla keçirib. Novruz – yeni gün, təzə dövran başlanğıcı kimi ilin ruzi, bərəkət, rifah, əmin-amanlıq içində keçməsinə ümid bağlayıb.

Bax, vaxt o vaxt, zaman o zamandır ki, yurdumuza Bahar yenidən qədəm qoyur. O, xoş müjdəli sədasıyla, ürək açan, könül oxşayan rayihəsiylə yer üzünə təbəssüm edir.

Yurdumuza xoş gəlmisən ana təbətin dan üzü– Bahar !

QƏDƏMLƏRİN MÜBARƏK!

Adilə Səfərova

Azərbaycanın əməkdar mədəniyyət işçisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://adalet.az
archiveBu xəbər 25 Fevral 2026 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see280

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see278

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see260

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see240

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see240

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see230

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see230

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see218

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see215

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see200

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see197

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see196

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see193

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see192

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see188

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see184

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see180

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see176

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see175

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri