Anadolu Universitet Kitabxanaları Konsorsiumunun rəhbəri MEK in qonağı olub
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 4 sentyabr, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov Türkiyənin Anadolu Universitet Kitabxanaları Konsorsiumunun (ANKOS) rəhbəri İsmail Çetinkaya ilə görüşüb.
MEK-dən AZƏRTAC-a bildirilib ki, görüşdə İsmail Çetinkaya rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında ətraflı məlumat verib. Həmçinin MEK-in ANKOS-a üzvlük məsələləri, kitabxana-informasiya sahəsində əməkdaşlıq perspektivləri, beynəlxalq təcrübə mübadiləsi, elektron resurslara çıxış imkanları müzakirə olunub.
Tərəflər əməkdaşlığın gücləndirilməsinin və mümkün üzvlüyün elmi ictimaiyyətin informasiya təminatına əlavə imkanlar yaradacağını qeyd ediblər.
Kitabxananın fəaliyyəti ilə yaxından tanış olan qonaq, öncə MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondu, buradakı guşələr, toplanan dəyərli nəşrlər haqqında ətraflı məlumat alıb. Sonra qonaq AMEA-nın təsisçilərinin büstləri, zəngin kolleksiyaların saxlandığı Akademiklər kitabxanası, eləcə də Diplomatik fondda müxtəlif ölkələrin, o cümlədən Türkiyə diplomatik nümayəndəliyi tərəfindən MEK-ə hədiyyə edilən kitablardan ibarət guşə və müasir elektron xidmətlərlə tanış olub.
Nadir kitablar fondu ilə tanışlıq zamanı ANKOS prezidenti burada qorunan qədim nəşrlərin Azərbaycan dilinə tərcümə olunaraq fonda əlavə olunmasını tövsiyə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 04 Sentyabr 2025 18:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















