Icma.az
close
up
RU
ANAMA: Humanitar minatəmizləmə əməliyyatlarının ən vacib tərəflərindən biri tibbi dəstəkdir

ANAMA: Humanitar minatəmizləmə əməliyyatlarının ən vacib tərəflərindən biri tibbi dəstəkdir

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 6 may, AZƏRTAC

Humanitar minatəmizləmə əməliyyatlarının ən vacib tərəflərindən biri tibbi dəstəkdir. Beynəlxalq minatəmizləmə standartlarına uyğun olaraq icra edilən fəaliyyət çərçivəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) sahə işçilərinin təhlükəsizliyinə xüsusi əhəmiyyət verir. Bu məqsədlə ANAMA humanitar minatəmizləmə fəaliyyətinə cəlb edilən tibb işçilərinin təliminə böyük diqqət ayırır.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, Agentliyin tibb işçilərinin əksəriyyəti beynəlxalq və yerli təlimlər keçərək, tibbi yardım və çevik təxliyənin təşkili üzrə geniş bilik və təcrübəyə malikdirlər.

Humanitar minatəmizləmə fəaliyyətində sahə işçilərinin təhlükəsizliyini təmin etmək məqsədilə zəruri avadanlıqlarla təchiz olunmuş tibbi yardım nəqliyyat vasitələrinin əməliyyatlar icra edilən sahələrdə mövcudluğu vacib amillərdən biridir. Əməliyyat sahəsində tibbi təxliyə (CASEVAC) prosedurları da tədbirlər planına uyğun olaraq həyata keçirilir və baş verə biləcək hadisələrə qarşı yüksək səviyyədə hazırlıq davamlı olaraq təmin olunur. İşğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən minatəmizləmə qrupları, yalnız torpaqlara təhlükəsiz qayıdışı təmin etməklə kifayətlənmir, həm də mina hadisələri zamanı zərərçəkənlərin təhlükəli ərazidən təxliyəsinə dəstək göstərir.

Mina hadisəsi zamanı ilkin atılacaq addım təxliyəni təhlükəsiz şəkildə həyata keçirmək və zərərçəkənə paramediklər tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra mümkün olan ən qısa zamanda xəstəxanaya göndərilməsini təmin etməkdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 May 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see264

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see236

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see180

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see176

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see170

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see154

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see133

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see132

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see131

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see127

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see123

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri