Icma.az
close
up
RU
Anar Ağayev: “Food City Agrocomplex” fermer‐ixracatçıların məhsullarını 10 dan artıq ölkəyə ixrac edilməsinə dəstək göstərib

Anar Ağayev: “Food City Agrocomplex” fermer‐ixracatçıların məhsullarını 10 dan artıq ölkəyə ixrac edilməsinə dəstək göstərib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xaçmaz, 7 avqust, Elxan Yusifli, AZƏRTAC

“Food City Agrocomplex” ölkənin şimal bölgəsində, beynəlxalq nəqliyyat dəhlizlərinə yaxın ərazidə yerləşən, 11 hektarlıq müasir infrastrukturla təchiz olunmuş, idxal-ixrac, tranzit və təkrar ixrac üzrə ixtisaslaşmış çoxfunksiyalı logistik mərkəzdir. Burada yalnız terminal və anbar xidmətləri deyil, həm də beynəlxalq səviyyəli karantin, toksikoloji, fiziki-kimyəvi, fitopatoloji və molekulyar-bioloji analizləri həyata keçirən qida təhlükəsizliyi laboratoriyası fəaliyyət göstərir. Kompleksimiz, Azərbaycan məhsullarının dünya bazarlarına çıxarılmasında mühüm rol oynayır.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Food City Agrocomplex”in baş icraçı direktor Anar Ağayev deyib.

Onun sözlərinə görə, bu ilin ilk 6 ayında ölkə xaricinə ümumilikdə 402 396 ton meyvə və tərəvəz ixrac olunub, ixracatın ümumi dəyəri isə 415,75 milyon ABŞ dolları təşkil edib. Bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə tonla 25 faizlik, dəyər ifadəsində isə 24 faiz artım deməkdir.

“Meyvə və tərəvəzin ümumi ixracdakı payı 2,36 faiz, qeyri-neft sektorundakı payı isə 19,38 faizdir. “Food City Agrocomplex” bu ixrac həcmindən təxminən 80 faizə yaxınını idarə edərək, məhsulların peşəkar şəkildə yüklənməsini, gömrük prosedurlarının sürətləndirilməsini və “son mil” (məhsulların çatdığı son nöqtə) mərhələsinin operativ təşkilini təmin edir”, - deyə o, bildirib.

Ən çox ixrac olunan ölkələr sırasında Rusiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya və Qazaxıstan yer aldığını bildirən baş icraçı direktor qeyd edib ki, “Food City Agrocomplex” fermer‐ixracatçıların məhsullarını 10-dan artıq ölkəyə ixrac edilməsinə peşəkar və operativ dəstək göstərib: “Hazırda şirkətimiz ölkəmizdə yetişdirilən meyvə və tərəvəzin daha geniş bazarlara və müxtəlif ölkələrə ixrac olunması istiqamətində uğurlu addımlar atmaqdadır.

Kompleksimiz fermerlərə sertifikatlaşdırma, paketləmə-qablaşdırma, anbar və logistika zəncirinin bütün mərhələlərində məsləhət-xidmət də göstərməklə, yerli istehsalçıların beynəlxalq standartlara cavab verən məhsullarını xarici bazarlara bir pəncərə sistemi adı altında sürətli ixracını təşkil edir. Nəticədə, həm fermerlərin gəlirliliyi artır, həm də Azərbaycanın qeyri-neft ixrac potensialı güclənir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Avqust 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see223

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see164

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see142

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see133

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see132

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see129

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri