Icma.az
close
up
RU
Anar Bağırov: Aktual məsələlərdən biri də türk dövlətlərinin müştərək hüquq platformasının təsis olunmasıdır AZƏRTAC

Anar Bağırov: Aktual məsələlərdən biri də türk dövlətlərinin müştərək hüquq platformasının təsis olunmasıdır AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 17 dekabr, AZƏRTAC

Hazırkı dövrdə transmilli cinayətkarlıq, insan hüquq və azadlıqlarının təmin edilməsi, ekoloji problemlər, beynəlxalq miqyasda ticarət mübahisələri, insan alveri və miqrasiya ilə bağlı məsələlər hüquq münasibətlərində transmilli aspektlər olmaqla vəkillərin üzərinə daha böyük vəzifələr qoyur. Xüsusilə insan hüquq və azadlıqlarının müdafiəsi transmilli hüquq münasibətlərində hər zaman mühüm yer tutur. Həmin sahədə peşəkar hüquqi yardımın əhəmiyyət daşıması isə beynəlxalq sənədlərlə və dövlətlərin milli qanunvericilik aktları ilə müəyyən edilib. Bunu nəzərə alaraq, hüquqi yardım sahəsində qardaş türk dövlətləri arasında birgə əməkdaşlıq formalarının işlənib hazırlanması, qarşılıqlı hüquqi yardım istiqamətlərinin genişləndirilməsi zəruriliyi ortaya çıxır.

AZƏRTAC xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Hüquq münasibətlərində transmilli aspektlər: müasir çağırışlar və hədəflər” mövzusunda beynəlxalq konfransda deyib.

Anar Bağırov bildirib ki, peşəkar hüquqi yardım göstərən vəkillik təsisatları birgə fəaliyyət göstərməlidir. Həmin əməkdaşlıq vəkillərin peşə hazırlıqlarının daha da artırılması, birgə tədrislərin, təlimlərin və s. təşkil edilməsi, milli qanunvericiliklərin qarşılıqlı olaraq öyrənilməsi və yaxınlaşdırılması istiqamətində müəyyən addımların atılması, birgə hüquqi yardım məsələlərinin təmin edilməsi və digər sahələrdə həyata keçirilə bilər.

Aktual məsələlərdən biri də türk dövlətlərinin ortaq hüquq konsepsiyasının və fəaliyyət planının hazırlanması, türk dövlətlərinin hüquq peşələrini bir araya gətirən müştərək hüquq platformasının təsis olunmasıdır. Bu platforma hüquqi bilik və təcrübə mübadiləsini asanlaşdıracaq, hüquq peşələri arasında əməkdaşlığı genişləndirəcək və ortaq hüquqi problemlərə daha effektiv və çevik həll yolları tapmağa şərait yaradacaq. Platforma, eyni zamanda, transmilli cinayətlərin qurbanlarına keyfiyyətli hüquqi yardım standartlarının işlənib hazırlanması və lazım olduqda onlara Pro Bono hüquqi yardımın göstərilməsi əsaslarının müəyyən edilməsi üçün də bir baza rolunu oynaya bilər.

Sədr qeyd edib ki, hüquqşünas kadrların hazırlanmasında irəliləyişə nail olunması hüquq münasibətlərində transmilli aspektlərin hüquqi tənzimlənməsinin əsaslarından biridir. Bu zaman hüquqşünas kadrların hazırlanması üzrə bakalavr və magistratura istiqamətlərində ikili diplom proqramlarının qurulması əhəmiyyətli olardı. Həmçinin birgə hüquq nəşrlərinin dərc edilməsi, bu sahədə türk ölkələrinin hüquq sistemlərinin müqayisəli öyrənilməsi və ortaq hüquq lüğətinin tərtib olunması da bizim üçün prioritet məsələlərdən olmalıdır.

“İqtisadi əməkdaşlığın inkişafı ortaq mübahisələrin alternativ həlli institutlarının təşkilini zəruri edir. Belə institutlar iqtisadi mübahisələrin vaxtında və səmərəli həllinə kömək edəcək, işgüzar dairələr arasında inam və əməkdaşlığı gücləndirəcək. Həmin institutlar, həmçinin hüquqi proseslərin sürətlənməsinə və məhkəmə yüklərinin azalmasına töhfə verəcək”, - deyə o əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2024 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri