Anar Bağırov: Türk dövlətlərinin ortaq hüquq konsepsiyası və fəaliyyət planı hazırlamalıdır
Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.
Türk dövlətlərinin ortaq hüquq konsepsiyasının və fəaliyyət planının hazırlanması, türk dövlətləri hüquq peşələrini bir araya gətirən müştərək hüquq platformasının təsis olunmasıdır.
“Report” xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Baş Prokurorluq və Ədliyyə Nazirliyi tərəfindən Şəbəkənin fəaliyyəti çərçivəsində “Hüquq münasibətlərində transmilli aspektlər: müasir çağırışlar və hədəflər” mövzusunda beynəlxalq konfransda deyib.
Kollegiya sədri deyib ki, bu platforma hüquqi bilik və təcrübə mübadiləsini asanlaşdıracaq, hüquq peşələri arasında əməkdaşlığı genişləndirəcək və ortaq hüquqi problemlərə daha effektiv və çevik həll yolları tapmağa şərait yaradacaq:
"Platforma eyni zamanda transmilli cinayətlərin qurbanlarına keyfiyyətli hüquqi yardım standartlarının işlənib hazırlanması və lazım olduqda onlara Pro Bono hüquqi yardımın göstərilməsi əsaslarının müəyyən edilməsi üçün də bir baza rolunu oynaya bilər.
Hüquqşünas kadrların hazırlanmasında irəliləyişə nail olunması hüquq münasibətlərində transmilli aspektlərin hüquqi tənzimlənməsinin əsaslarından biridir. Bu zaman hüquqşünas kadrların hazırlanması üzrə bakalavr və magistratura istiqamətlərində ikili diplom proqramlarının qurulması əhəmiyyətli olardı. Həmçinin, birgə hüquq nəşrlərinin dərc edilməsi, bu sahədə türk ölkələrinin hüquq sistemlərinin müqayisəli öyrənilməsi və ortaq hüquq lüğətinin tərtib olunması da bizim üçün prioritet məsələlərdən olmalıdır.
İqtisadi əməkdaşlığın inkişafı mübahisələrin alternativ həlli institutlarının daha da təkmilləşdirilməsini və ortaq mübahisərin alternativ həlli institutlarının təşkilini zəruri edir. Belə institutlar iqtisadi mübahisələrin vaxtında və səmərəli həllinə kömək edərək, işgüzar dairələr arasında inam və əməkdaşlığı gücləndirəcəkdir. Bu institutlar, həmçinin hüquqi proseslərin sürətlənməsinə və məhkəmə yüklərinin azalmasına töhfə verəcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 17 Dekabr 2024 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















