Icma.az
close
up
RU
Anar Əsədli Oqtay Qasımovdan 255 mini niyə alıb? Zərərçəkən DANIŞDI

Anar Əsədli Oqtay Qasımovdan 255 mini niyə alıb? Zərərçəkən DANIŞDI

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə zərərçəkənlərin dindirilməsi ilə davam edib.

Zərərçəkən Oqtay Qasımov ona dəyən maddi zərərin tam ödənilmədiyini deyib:

"Onun mənə ümumilikdə 150 000 dollar qaytaracağı var. Mənə ayrı vaxtlarda 15 000, 31400 və  25 000 dollar qaytarılıb. Öz torpaq sahəmi 2014-cü ildə satmışam. Torpağın o vaxtkı dəyəri 44 000 manat olub. İlk 50 000 dolları İstanbuldakı ev layihəsinə görə Anara vermişəm. Danışmışdıq ki, hər satışdan qazanc payım olacaq. Məsələ uzananda Anar dedi ki, ev hazırdır, lakin satılmayıb. Tenderlər ləğv olunub, Türkiyə iqtisadi problemlər içindədir. Ona dedim ki, qayıt Azərbaycana, işləri burada qurub davam edək. 2017-də ikinci 50 000 dolları verdim. Anar mənə dedi ki, iş başlananda mənə bir ay öncədən de, pulunu qaytaracam. Aramızda müqavilə filan olmayıb. Eyni ildə İzmirdəki xəstəxana layihəsi üçün üçüncü dəfə 50 000 dollar Anara verdim. Mənə dedi ki, özü tenderə 287000 dollar xərcləyib, mən də 50 000 versəm, pay sahibi ola bilərəm. 2022-də o, axırıncı dəfə mənə 25 000 qaytarıb. Ondan ilk şikayətimi 2022-ci ilin oktyabrda etmişəm".

Təqsirləndirilən Anar Əsədli "Sən 2014-dən mənimlə problemin var idisə, niyə gözləyib şikayətini 2017-də edirsən? Sənin niyyətin məndən yalançı, dələduz portreti yaratmaqdır. Mən tenderə bu qədər məbləğ qoyub iş görürəmsə, sənin 50 000 dollarına ehtiyacım vardı ki? Ədalət insanın əxlaq və davranışlarındadır, bunu yaxşı nümayiş etdirirsən" deyib.

Zərərçəkən Tamara Allahverdiyeva təqsirləndirilənin anası ilə iş yoldaşı olduğunu, Əsədlini yaxşı insan kimi tanıdığını deyib:

"Anası məndən 45 000 manat pul istədi. Dedi ki, Anarın iş layihəsi üçün çatdırılacaq. Mən pulu Anarın anasına və qardaşı Hilala vermişəm. Əlavə 2000 manatı da Anarın bir torpağa sənəd düzəltməsi üçün borc kimi ona vermişdim. Ondan heç vaxt şikayət etməmişəm. İndi də ona qarşı  şikayətim yoxdur".

Növbəti proses 13 mart saat 15:00-a təyin olunub.

Qeyd edək ki, ittihama görə, təqsirləndirilən Anar Əsədov yüksək gəlir gətirmək adı ilə Oqtay Qasımovdan müxtəlif vaxtlada ümumilikdə 255 min manat alıb. Həmin puldan 23 manat geri qaytarıb.

Anar Əsədli Etibar Nəsirovdan isə ümumilikdə 8 min 500 manat alıb. Həmin məbləğdən 3400 manat ödəniş edib. Təqsirləndirilən şəxs Hüseyn İlhamdan 17 min manat alıb və həmin məbləğin 4250 manat geri qaytarıb.

Xatırladaq ki, Anar Əsədli barəsində 3 il əvvəl külli miqdarda dələduzluq maddəsilə başlanmış cinayət işi bu yaxınlarda Baş Prokurorluq tərəfindən yenilənib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 maddəsi (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham irəli sürülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://lent.az
archiveBu xəbər 20 Fevral 2026 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri