Çənəsi sınan Martinez Argentina millisində meydana qayıda bilər
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
“Çelsi”nin qapıçısı Emiliano Martinez Argentina millisinin noyabrdakı yoldaşlıq görüşlərində meydana çıxa bilər.
İdman.Biz xəbər verir ki, yığmanın həkimi Daniel Martinez “TyC Sports”a açıqlamasında çənə sınığından sonra klubunda hələ oynamayan 34 yaşlı qolkiperin vəziyyətindən danışıb:
“Məşqçilər korpusunun onunla müzakirə etdiyi, konkret olaraq idman tərəfi ilə bağlı amillər var. Klubunda məşqlərə başladığı andan o, demək olar ki, oynamağa hazır idi. Oynamaması qərara alınmışdı, amma komanda ilə məşq edirdi. Burada da eyni şeyi edir: əlbəttə, qoruyucu vasitə ilə komanda məşqlərinə qatılır. Onun qorunmağa ehtiyacı var”.
Həkim qapıçının məşqlərdə özünü yaxşı hiss etdiyini, lakin meydana çıxması ilə bağlı qərarın hələ verilmədiyini söyləyib:
“Dünən və bu gün komanda ilə məşq edib, vəziyyəti yaxşıdır. Sabah səhər necə olduğuna baxacağıq. Oyunöncəsi gündür. Yekun qərar mənim fikrimdən asılı deyil, burada çoxlu amil rol oynayır”.
Qeyd edək ki, Argentina ilə Uruqvay arasında Buenos-Ayresdə keçiriləcək yoldaşlıq görüşü Bakı vaxtı ilə noyabrın 14-də saat 03:00-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 13 Noyabr 2026 09:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















