Icma.az
close
up
RU
Anarın Gəl qoşulaq durnalara kitabı təqdim olunub

Anarın Gəl qoşulaq durnalara kitabı təqdim olunub

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anarın AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin xətti ilə işıq üzü görən "Gəl qoşulaq durnalara" şeirlər kitabının təqdimat mərasimi keçirilib.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov tədbirdəki giriş sözündə Anar yaradıcılığından, onun Azərbaycan və ümumtürk ədəbiyyatındakı yerindən danışıb.

Tədbirin moderatoru olan AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangir çıxış edərək kitabın ərsəyə gəlməsindən danışıb. Qeyd edib ki, "Zərdabi nəşr" MMC-də işıq üzü görən kitab Azərbaycan və rus dillərində nəşr edilib. Kitabda müəllifin müxtəlif illərdə yazdığı şeirləri və "Anara 40 sual" ("40 voprosov Anaru") silsilə müsahibəsi toplanıb. Həmçinin, Ə.Cahangir kitabda zəhməti olan hər kəsə, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin əməkdaşlarına, eləcə də kitabın çapında göstərdiyi dəstəyə görə "Zərdabi" nəşriyyatının direktoru Elman Qasımova təşəkkürünü bildirib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli çıxışında Anar yaradıcılığından, onun poeziyasındakı özəlliklərdən danışıb, kitab haqqında öz fikirlərini bölüşüb.

Həmçinin, tədbirdə Xalq yazıçıları Çingiz Abdullayev, Elmira Axundova, AYB-nin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid, AYB-nin katibləri Elçin Hüseynbəyli və Səlim Babullaoğlu, AMEA Folklor İnstitutunun direktoru Muxtar İmanov, professor Qəzənfər Paşayev, Milli Məclisin deputatı Səyyad Aran, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan, yazıçı-publisist Rüstəm Dastanoğlu, professor Salidə Şərifova, tərcüməçi Alina Talıbova çıxış edərək kitabın məziyyətlərindən danışıblar.

Bildirilib ki, həyatın və dünyanın faniliyi, ömrün mənası, zamanın keçiciliyi, Vətən həsrəti, qürbət nisgili kimi fəlsəfi mövzulara həsr olunmuş, müəllifin qələm dostları və yaxınlarına, bir sıra görkəmli ədəbiyyat adamlarına ithaf edilmiş, ənənəvi və modern üslubda yazılmış bu şeirlər ədəbiyyatımızın bir sıra problemləri, xüsusən də, 60-cılar ədəbi nəslinin yaradıcılığı üzərində gəzişmələrdən ibarət olan müsahibə rus dilində ilk dəfədir ki, işıq üzü görür.

Qeyd edilib ki, nəşrin ideya müəllifi Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangir, redaktoru Dürdanə Hüseynova, rus dilinə tərcüməçiləri Alina Talıbova, Leyla Əliyeva, Fikrət Kazımov və Nərminə Nəbiyevadır.

Sonda çıxış edən Xalq yazıçısı Anar göstərilən diqqətə görə tədbir iştirakçılarına və çıxışçılara, kitabın ərsəyə gəlməsində zəhməti olan hər kəsə minnətdarlığını bildirib.

Şahanə MÜŞFİQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Yanvar 2026 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri